İmposter sindromu nədir? Psixoloqlar izah edib
22.03.2024 16:59

Xüsusilə də işdə “kafi olmamaq” hissi demək olar ki, hər kəsə təsir edə bilər, lakin görünür, “İmposter sindromu” adlanan bu fenomendən daha çox qadınlar təsirlənir.

 

Aztibb.az “TRT Haber”ə istinadən xəbər verir ki, mütəxəssislərin bu sindromu aradan qaldırmağa kömək edəcək bəzi məsləhətləri var.

 

"Başa düşmürəm ki, niyə məni hələ də işdən çıxarmayıblar. Bu işə yaraşmadığımı anlayacaqlar. Burda olmağım tam şansdır. Mən saxtayam".

 

Ola bilsin ki, iş həyatınızın bir nöqtəsində bu və ya buna bənzər cümlələr ağlınıza gəlib.

 

Əgər bunu düşünürsünüzsə, çox yaygın olan “İmposter sindromu”ndan əziyyət çəkmiş ola bilərsiniz.

 

Kataloniya Psixoloji Dərnəyinin psixoterapevti Dolors Liria bu sindromu belə tərif edir: “İmposter sindromu” insanın öz fəzilətlərini mənimsəyə bilməməsi və başqalarının onun saxtakar olduğundan şübhələnəcəyindən qorxmasıdır”.

 

Madrid Psixoloji Dərnəyindən İzabel Aranda bildirib: "Bu, insanın öz potensialını və nəyə nail ola biləcəyini görməməsinə və indiyə qədər əldə etdiklərinə baxmayaraq özünü dəyərsiz hiss etməsinə səbəb olur".

 

Bu sindromlu insanlar vəziyyəti "kompensasiya etmək" üçün özlərini həddən artıq işləməyə meyllidirlər və nəticədə narahatlıq və depressiya kimi sağlamlıqlarına mənfi təsir göstərən davranışlarla məşğul olurlar.

 

Bu fenomen ilk dəfə 1978-ci ildə psixoloqlar Pauline Rose Klance və Suzanne İmes tərəfindən təsvir edilmiş və adlandırılmışdır.

 

Bu sindrom patoloji və ya psixi fenomen deyil, uşaqlıqdan davam edən davranış nümunəsidir və buna görə də mütəxəssislərin fikrincə, "dəyişən" bir vəziyyətdir.

 

“İmposter sindrom”u hər kəsə təsir göstərsə də, qadınlar arasında daha çox rast gəlinir.

 

Mütəxəssislərin fikrincə, bunun səbəbi qadınların daha az rol model olması, gender stereotipləri, iş həyatındakı qərəzlər və qadınların daha az müvəffəqiyyətli olacağı gözlənilən vəziyyətdir.

 

Psixoloqlar bu vəziyyətin öhdəsindən gələ bilməyənlərin peşəkar kömək istəməsini tövsiyə edib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev