Qocalığın kabusu - Sarkopeniya sindromu
16.03.2024 09:42

Yerimə sürətində zəifləmə, əl sıxma gücsüzlüyü, daim yorğunluq hissi kimi simptomları yaşlandıqca daha çox hiss edirsinizsə, bu, sarkopeniyanı və ya yaşlanmaya bağlı əzələ zəifliyini göstərir.

Aztibb.az xəbər verir ki, Memorial Ankara Xəstəxanasının məlumatına görə,sarkopeniya, yəni qocalmaya görə əzələ zəifləməsi skelet əzələ kütləsinin və gücünün ümumi və proqressiv itkisi və fiziki qüsuru, aşağı həyat keyfiyyəti və ölüm kimi mənfi nəticələrə səbəb olma riski ilə xarakterizə olunan sindrom kimi təsvir edilir. Sarkopeniyanın yaşla artdığı, 60-70 yaş arasında 5-13%, 80 və yuxarı yaşlarda isə 11-50% arasında müşahidə edildiyi bildirilir.

Çox vaxt insulin müqaviməti nəticəsində əzələ funksiyalarının pisləşməsi müşahidə olunur. Bir çox tədqiqatlar göstərir ki, insulin müqaviməti skelet əzələ kütləsinin azalmasına səbəb olan müstəqil risk faktorudur və təkcə diabetli şəxslərdə deyil, həm də xroniki böyrək xəstəliyi olanlarda sarkopeniyanın səbəbləri arasında sayılır. Tədqiqatlar göstərib ki, yeni başlayan 2-ci tip diabet 75 yaşdan yuxarı və ağır insulin müqaviməti olan xəstələrdə sarkopeniya ilə əlaqələndirilir.

Sarkopenik obez xəstələrdə aşağı əzələ kütləsi və yüksək yağ kütləsi var və onlar sadəcə obez və ya yalnız sarkopenik xəstələrdən daha çox hərəkətlilik problemi yaşayır və zəifliyə meyllidirlər.

İrəli yaşla əlaqədar əzələ zəifləməsini diaqnoz etmək üçün əzələ kütləsi, əzələ gücü və fiziki performans qiymətləndirilməlidir. Əzələ kütləsini aşkar etmək üçün adətən kompüter tomoqrafiyası, MRT və qabaqcıl rentgen texnologiyalarından istifadə edilir.

Əl tutma gücünün ölçülməsi əzələ gücünü qiymətləndirmək üçün daha çox istifadə olunur və fiziki performansı qiymətləndirmək üçün ümumi yerimə sürəti, pilləkənlərə qalxma gücü testləri və qısa fiziki performans metodlarından istifadə olunur.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev