Azərbaycan-Türkiyə Ortepediya Günləri öz işinə başlayıb  
01.03.2024 09:09

ATU-nun Tədris Terapevtik Klinikasında Azərbaycan-Türkiyə Ortepediya Günləri çərçivəsində elmi konfrans keçirilib.

 

Universitetdən Aztibb.az-a bildirilib ki, Azərbaycan Tibb Universitetinin və Türkiyənin Qazi Universitetinin birgə təşkilatçılığı ilə baş tutan tədbiri giriş sözü ilə klinikanın direktoru Fərid Eyvazov açıb. O, ortopediyanın aktual problemlərinə həsr olunan konfransın tələbə və rezidentlər üçün xüsusilə əhəmiyyətli olacağını vurğulayıb. Hələ 15-20 il əvvəl Türkiyədə təhsil alarkən bu formatda keçirilən konfranslardan yetərincə yararlandıqlarını xatırladıb. Eyni zamanda Azərbaycan Tibb Universiteti ilə Qazi Universiteti arasında imzalanan memorandumun elmi və mütəxəssis mübadiləsindəki rolundan danışaraq, tələbə və rezidentləri ikitərəfli müqavilənin imkanlarından faydalanmağa çağırıb və konfransın işinə uğurlar arzulayıb.

 

Türkiyə Sümük-Oynaq Cərrahiyyəsi Cəmiyyətinin rəhbəri, professor Vedat Şahin də tədbirdə çıxış edərək qardaş Azərbaycanda olmaqdan böyük məmnuniyyət duyduğunu, iki ölkə ortopedləri arasındaki əlaqələrin türk dünyası üçün xüsusi önəm daşıdığını diqqətə çatdırıb.

 

Bundan sonra dosent Baran Sarıkayanın xalq arasında sümük iltihabı və ya sümük iliyi iltihabı kimi də adlandırılan osteomielit xəstəliyi haqqında məruzəsi dinlənilib.

 

Mütəxəssis sümük iltihabının əlamətlərindən və yaranma səbəblərindən danışaraq qeyd edib ki, ilkin və ən aşkar simptomu ağrıdır: “Sümüyün yerləşdiyi yerə toxunarkən ortaya çıxan və ya sümüyün yerləşdiyi nahiyənin hərəkəti zamanı hiss edilə bilən ağrılar sümük iltihabının göstəricisidir. Bu baxımdan hər hansı bir məcburiyyət və ya hərəkətsizlik səbəbindən meydana çıxmayan, bir neçə həftə ərzində öz-özünə sağalmayan, uzun müddət davam edən sümük və oynaq ağrıları ciddi şəkildə diqqətə alınmalı və dərhal müayinə üçün müraciət edilməlidir”.

 

Onun sözlərinə görə, sümük iltihabı diaqnozu qoyulmuş xəstələrdə xəstəliyin daha da irəliləməsinin qarşısını almaq məqsədilə müalicəyə dərhal başlanılmalıdır. Müalicənin sxemi xəstəliyin şiddətinə görə təyin edilir. Yüngül gedişli sümük iltihablarında təkcə antibiotik müalicəsi yetərlidir. Müəyyən səviyyəyə qədər irəliləmiş osteomielit xəstələrində isə daha çox infeksiyalaşmış ölü sümük toxumalarının cərrahi əməliyyatla çıxarılması, ardından stasionar şəraitdə intravenöz yolla antibiotik müalicəsinin aparılması məqsədə uyğundur.

 

Türkiyəli məşhur ortoped və travmatoloqların qatıldığı konfransda müvafiq sahə üzrə dünya praktikasındakı yeniliklər haqqında geniş informasiya mübadiləsi da aparılıb. Bildirilib ki, bilik və cərrahi vərdişləri bir araya gətirmək cəhdi ortoped və travmatoloqlara nəzəriyyəni təcrübədə tətbiq etmək və sınıqların müalicəsində daha yaxşı nəticələr qazanmaq imkan yaradır.

 

Konqresin uşaq ortopediyasına həsr edilən hissəsində travmalar, onların yaranması, anadangəlmə qüsur və digər məsələlər müzakirə edilib. Həmçinin hərəkət funksiyalarının bərpası məqsədilə oynaqların patologiyasının operativ müalicə metodları müzakirə olunub.

 

Ortopediya günlərinin keçirilməsində əsas məqsəd diaqnostika sahəsində təcrübə mübadiləsi aparmaq, cərrahi müdaxilənin optimal yollarını müəyyənləşdirməkdir. Hələ 3 gün davam edəcək Azərbaycan – Türkiyə Ortepediya Günlərinin tematik sessiyalarında türkiyəli mtəxəssislər Ulunay Kanatlı, Mustava Özer, Baybars Ataoğlu, Mühmet Ali Tökgöz və İnci Hazal Ayas ortopediyanın müxtəlif istiqamətlərinə dair öz təcrübələrini tədbir iştirakçıları ilə bölüşəcəklər.

 

Qeyd edək ki, ortopediya və travmotologiya üzrə Türkiyə xəstəxanaları böyük təcrübəyə və texnologiyaya sahibdir. Türkiyədə ortopedik və travmotoloji müalicə zamanı xəstəxanalar pasiyentlərin bədən, əzələ, sümük və oynaq problemlərini travmotologiya və ortopediya şöbəsində həyata keçirirlər. Türkiyədə ortopedik və travmotoloji müalicələr fizioterapiya və reabilitasiya ilə dəstəklənir.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev