Qələm klaviaturadan daha üstündür: Əllə yazmaq beyni inkişaf etdirir
23.02.2024 13:18

Ağıllı qurğular bir çox sahələrdə həyatı asanlaşdırsa da, bəzən ənənəvi üsulların bizə verdiyi faydaların qarşısını alır. Necə ki, qələm tutaraq yazmaq yerini sensor ekranlar və ya klaviaturalar alıb...

Aztibb.az “TRT Haber”ə istinadən xəbər verir ki, Norveçdə yazının faydaları ilə bağlı aparılan araşdırmalar qələm tutaraq yazmağın beynin daha yaxşı işləməsini təmin etdiyini göstərib.

Norveç Elm və Texnologiya Universiteti rəqəmsal vərdişlərimizin koqnitiv bacarıqlarımıza necə təsir etdiyi ilə bağlı araşdırma aparıb. Araşdırma nəticələri bu təsirin mənfi ola biləcəyini göstərir. Bəs necə? Araşdırmanın təfərrüatları barədə neyropsixoloq İnci Birioğlu məlumat verib.

Qələmlə yazmaq beyinə necə kömək edir?

Neyropsixoloq əvvəlcə araşdırmanın təfərrüatlarını paylaşıb. Tədqiqat çərçivəsində 36 universitet tələbəsinə bəzi sözlər təqdim edilib və onlardan bunları əvvəlcə qələm, sonra isə klaviatura ilə yazmaları istənilib. Hər iki yazı hərəkəti zamanı tələbələrin beyin elektrik fəaliyyətləri EEG cihazı ilə qeydə alınıb.

“Əl ilə yazmağın beyində klaviaturada yazmaqdan daha çox sahələri aktivləşdirdiyi və diqqət və öyrənmə bandı olan teta/alfa nisbətinin xüsusilə mərkəzi bölgələrdə və parietal lobda daha yüksək olduğu müşahidə edilib. Başqa sözlə, əllə yazmaqla beynin daha çox nahiyəsinin məşq etdiyini söyləmək olar”.

Əl funksiyasından istifadə edilməməsi və onun nəticələri

Texnologiyanın inkişafı ilə yazı vərdişlərimizin dəyişdiyini xatırladan ekspert, əllə yazmağın, klaviaturada yazmağa nisbətən beyin bölgəsini aktivləşdirdiyini belə izah edir:

“Bu o deməkdir ki, ənənəvi yazı modeli diqqətin uzadılmasına, məlumatın uzunmüddətli yaddaşda daha böyük ərazilərdə qeyd edilməsinə və daha asan əldə edilməsinə kömək edir. Qələmi sağ əllə tutmaq, müxtəlif həndəsi birləşmələrdən ibarət hərfləri çəkmək, durğu işarələrindən istifadə etmək beynimizin ən mühüm elementlərindən biri olan somatosensor rəyi təmin edir. Bədən hissi mənasını verən bu birləşmənin diqqət, yaddaş, dilin tanınması və istifadəsi kimi bir çox idrak funksiyaları ilə sıx əlaqəsi var. Klaviaturada və ya telefon ekranında yazmaq bacarıqlı motor hərəkətləri tələb etməyən təkrarlanan və kobud motor hərəkətini ehtiva edir”.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Kriminal zəhərlənmələr:mərgümüş və risindən poloniuma və epibatidinə qədər
Qobustan RMX-da patronaj xidmətinin təşkili ilə bağlı təlim keçirilib
Mərkəzi Gömrük Hospitalında AZDAS İB və DAS Derneğinin nümayəndələri ilə görüş keçirilib
IV ixtisas qrupu üzrə keçid balları dəyişəcək
Milli Hematologiya və Transfuziologiya Mərkəzində “Aplastik anemiya” mövzusunda seminar keçirilib
Doğuş təcili tibbi yardım avtomobilində həyata keçirilib
Pirallahı Tibb Mərkəzində oftalmoloji xidmətlərin əlçatanlığı genişləndirilir
ATU ailəsinin üzvü Ramal Təbib oğlu: “İnam nə qədər çoxdursa, məqsəd o qədər yaxındır”
Lerik Rayon Mərkəzi Xəstəxanasında növbəti qanvermə AKSİYASI
Yüksək risk, güclü komanda: uğurla həyata keçirilən qeysəriyyə əməliyyatı
2026/2027-ci tədris ili üçün rezidenturaya qəbul olanların NƏZƏRİNƏ!
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-yə müsahibə verib
Azərbaycanlı həkimlər beynəlxalq arenada yeni uğurlara imza atır
AQTA-nın sədri süd və süd məhsullarının emalı zavodunda olu
DİM IV ixtisas qrupu üzrə plan yerlərini elan etdi - 3551 yer ödənişsizdir