Stomatoloq: "Leykoz zamanı ağız boşluğunda xoral-nekrotik prosesərə rast gəlinir"
16.02.2024 14:53

Xocalı Rayon Mərkəzi Xəstəxanasının həkim-stomatoloqu Rübabə İbrahimova qan xəstəlikləri zamanı ağız boşluğunda yaranan dəyişikliklər barədə Aztibb.az-a məlumat verib.

 

R.İrahimova bildirib ki, son zamanlar qan xəstəlikləri insanların qorxulu yuxusuna çevrilib desək yanılmarıq.

 

Onun sözlərinə görə, qan xəstəlikləri iki böyük qrupa bölünür: bəd xassəli qan xəstəlikləri (el arasında buna qan xərcəngi də deyilir) və qanin bəd xassəli olmayan digər xəstəlikləri. Bəd xassəli qan xəstəliklərinin əksər növləri kəskin gedişli olduğu üçün qısa müddət heç bir əlamət vermədən gizli davam edə bilər. Lakin xəstələrdə davamlı qızdırma, halsızlıq, göyərmələr, qanaxmalar olduqda hematoloq konsultasiyasına zərurət yaranır.

 

"Bədxassəli qan xəstəliyinə leykoz xəstəliyini misal çəkmək olar", - deyən R.İbrahimova qeyd edib ki, leykoz sümük iliyi xəstəliyi olub, qan hüceyrələrinin daha çox ağ qan hüceyrələrinin xərcəngi xəstəliyidir. Digər qan xəstəliklərinə isə anemiya, hemofiliya, talassemiya və s. aiddir.

 

Stomatoloq əlavə edib ki, qan xəstəliklərinin ən geniş yayılmış formast anemiyalardır. Yaranma səbəbləri orqanizmdə dəmir, fol turşusu kimi bəzi elementlərin və B12 vitaminin çatmazlığıdır. Anemiyaya səbəb olan digər faktorlar genetik, düzgün qidalanmama, xroniki şişlər, iltihabi proseslər, dərman preparatları və zəhərlənmələrdir: "Anemiyalar xəstələrdə halsızlıq, baş gicəllənməsi, tənginəfəslik, aşağ təzyiq, ürək döyüntülərinin artması və s. müşahidə olunur".

 

Həkim bildirib ki, qan xəstəliklərinin əlamətləri həm də ağız boşluğunda öz təzahürlərini göstərir. Ağız boşluğunun selikli qişası avazımış, solğun, göyərmiş rəngdə olur. Ağzın selikli qişasında, eləcə də diş ətində qan sızmalar qeydə alınır. Diş ətinda öz-özünə qanamalar baş verir. Leykoz zamanı ağız boşluğunda immunitetin düşməsi səbəbindən xoral-nekrotik prosesərə rast gəlinir.

 

"Məsləhətim odur ki, insanlar dəqiqləşməmiş diaqnozla müalicə almasınlar. Vaxtlı-vaxtında müayinə olsunlar. Çünki erkən qoyulmuş diaqnoz xəsdəliyin vaxtinda düzgün müalicə olunmasina kömək edir. Düzgün həyat tərzi seçin, idmanla məşğul olun, qidalanmaya diqqət edin", - deyə o, vurğulayıb. 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev