Yatarkən mobil telefonu söndürün və uzağa qoyun!
11.05.2024 09:32

Mobil telefonların insan orqanizminə təsiri artıq neçə illərdir ki, alimlərin ciddi araşdırma mövzusuna çevrilib. Tədqiqatçıların bu sahədəki qənaətləri müxtəlif olsa da, ümumilikdə bu rabitə növünün insan sağlamlığına təsiri o qədər də ürəkaçan deyil.

 

ATU-nun Tədris Cərrahiyyə Klinikasının nevropatoloqu Yeganə Rəşidova Aztibb.az-a mobil cihazların insan orqanizminə təsiri barədə məlumat verib.

 

Onun sözlərinə görə, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən 10 il ərzində 13 ölkədə aparılmış tədqiqatların nəticəsinə əsasən, mobil telefonlardan çox istifadə edən insanlarda xərçəng xəstəliklərinin yaranma ehtimalı daha böyükdür və statistika göstərir ki, mobil telefon aludəçiləri xərçəng xəstəliklərinə 50 faiz daha çox tutulurlar: “Müasir mobil telefonlarla danışan zaman bir dəqiqə ərzində insan beyninə 217 elektromaqnit impuls ötürülür. Təbii ki, bu “zərbə”lərə hamı tab gətirə bilmir. Xüsusilə məktəb yaşlarında olan uşaqlara bu, olduqca mənfi təsir göstərir. Buna görə də mütəxəssislər bu yaşda olanlara mobil telefonlardan istifadə etməməyi məsləhət görür. İsveçdə aparılmış tədqiqatların nəticələrindən aydın olub ki, 8-12 yaşlarında mobil telefondan istifadə edən uşaqlar 21 yaşda mobil telefondan istifadə edənlərdən daha çox mənfi təsirə məruz qalır.

 

Ekspertlər bildirib ki, mobil cihazlardan asılılıq insanlara ilk növbədə fiziki baxımdan mənfi təsir göstərir. Bu cihazların yaratdığı şüalar hətta genlərin mutasiyasına səbəb ola bilər. Ümumiyyətlə, mobil telefonlar radioqəbuledicidir və burda çox böyük radiodalğalar sayəsində maqnit sahəsi yarandığından, xüsusən uşaq orqanizminə, yaşlı insanlara, hamilə qadınlara zərərlidir.

 

Nevropatoloq əlavə edib ki, işdə və evdə olarkən mobil telefonu özündən kənarda saxlamağa çalışmaq lazımdır. Onlardan gün ərzində minimum istifadə edilməlidir. Daha yaxşı olar ki, mobil telefonla danışan zaman qulaqcıqlar və digər xüsusi qurğulardan istifadə olunsun. İnsanlar gecə yatanda mobil telefonlarını bədəndən mümkün qədər uzaq məsafədə saxlamalıdır. Bu məsafə ən azı 2 metr olmalıdır. Bu, radiasiyanın təsirinin və bununla da sağlamlıq üçün risklərin azalmasına kömək edər. Bu şüalar ilk növbədə, ürək ritminə mənfi təsir göstərir, həmçinin orqanizmin özünü tənzimləmə prosesinə mane olur, bioritmləri zəiflədir, orqanizmi həyəcanlandırır. ÜST-ün bu haqda apardığı geniş tədqiqatlar bu dalğaların sağlamlığa vurduğu ziyanın reallığını təsdiq edib.

 

Mütəxəssis mobil telefonların mənfi təsirlərindən qaçmaq üçün əlavə məsləhətlər də verib: “Hər axşam yuxudan iki saat əvvəl mobil telefonu söndürün. Halbuki, bu əsas üsuldan çox az istifadə edirlər. Ən azı interneti bağlayın, bu zaman ətrafda şüalanma az olacaq. Telefonu üzərinizdə gəzdirməyin, xüsusilə ürəyinizə yaxın bir yerdə saxlamayın və çalışın ki, zəngli saat qurmaq üçün ondan istifadə etməyəsiz. Elektrik şəbəkəsinə qoşulmuş telefonu qətiyyən yastığın altına qoymayın. Xüsusilə kişilər bilməlidir ki, smartfon üçün ən pis yer şalvarın cibidir”.

 

Telefondan minimum istifadə etməyin və onu bədənimizdən ən azı 2-2,5 metr məsafədə saxlamağın vacibliyini vurğulayan həkim, onun yuxu pozulmasına səbəb olduğunu da nəzərə çatdırıb. Belə ki, gecə vaxtı telefon ekranının işığı beynimizə sanki hələ də gündüz olması siqnalını ötürür.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır