Uşaqlarda yastıpəncəlik: formaları və müalicəsi
26.01.2024 12:38
Yastıpəncəlik - ayaq tağlarının yastılaşması nəticəsində yaranan deformasiyadır. Tibbi məlumatlara əsasən, müayinə olunan uşaqların 82%-də ayaq tağlarının deformasiyası qeyd olunur.
Uşaqların yaşı artdıqca diz oynaqlarında, bud - çanaq oynağında, fəqərələrdə ağrı şikayətləri başlayır.
Aztibb.az xəbər verir ki, Bakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxil olan 5 nömrəli Uşaq Poliklinikasının həkim-cərrahı Günel Acalovanın sözlərinə görə, bu hala oğlanlar və qızlar arasında eyni dərəcədə rast gəlinir. Yastıpəncəlik yalnız simptom olduğu üçün son illər bu termini “valqus deformasiyalı pəncə” adlandırmağı daha üstün tuturlar, simptom adətən irsi xarakter daşıyır.
Yastıpəncəliyin səbəbləri haqqında məlumat verən həkim-cərrah bunun irsiyyət, nevroloji, uşağın artıq və ya az çəkili olması, vaxtından əvvəl yerimək və s. olduğunu bildirib. Qeyd edib ki, uşaqlarda ayaq tağları 4-6 yaşa qədər formalaşır, buna görə də bu dövrdə yastıpəncəlik fizioloji xarakter daşıyır və ən çox yastıvalqus deformasiya formasında olur.
Günel Acalova uşaqlarda müşahidə olunan bu simptomun anadangəlmə, paralitik, statik, posttravmatik növləri olduğunu söyləyib:
“Yastıpəncəlik zamanı normal ayaq tağı görünmür, pəncə tam yastılaşır, dabanın ön şöbəsi fırlanır və pronasiyaya uğrayır. Uşaqlar çox yorulmadan ayaqlarda ağrı, ağırlıq hissindən əziyyət çəkirlər. Ayaqqabıda nəzərəçarpacaq dərəcədə daban hissənin içəriyə doğru əyilməsi baş verir. Uşaqların yaşı artdıqca diz oynaqlarında, bud - çanaq oynağında, fəqərələrdə ağrı şikayətləri başlayır. Ağırlıq mərkəzi dəyişdiyinə görə dayaq hərəkət aparatında funksional çatışmazlıq, hiperlordoz, kifoz, çanağın önə əyilməsi, yerişin pozulması baş verir”.
O, bu simptomun diaqnostikasının ümumi baxış, güzgülü podoskopiya (güzgülü cihaz ilə ayaq tağlarının, ayaq altının, pəncənin müayinəsi), məktəb yaşlı uşaqlarda plantoqrafiya (mürəkkəbli kağız ilə ayaq altının şəklinin çəkilməsi və xətkeşlə ölçmənin aparılması), ən optimal metod olan rentgenoqrafiya metodları ilə aparıldığını bildirib. Cərrah diqqətə çatdırıb ki, rentgenoloji olaraq boylama yastıpəncəliyin 3 dərəcəsi, köndələn yastıpəncəliyin isə 4 dərəcəsi təyin olunur.
Yastıpəncəliyin müalicə üsullarından bəhs edən həkim-mütəxəssis əlavə edib ki, anadangəlmə yastıvalqus deformasiya zamanı körpənin həyatının birinci həftəsindən müalicəyə başlanılmalıdır:
“Buraya masaj, müalicəvi bədən tərbiyəsi daxildir, ağır hallarda gips çəkməsi tətbiq olunur, fizioterapevtik metodlardan isə isti prosedurlar, maqnit dalğaları tətbiq olunur. Böyük yaşlı uşaqlarda isə ortopedik ayaqqabılar, supinatorlar, fizioterapiya, masaj, müalicəvi bədən tərbiyəsi tətbiq olunur. Əgər bu metodlar effektiv olmazsa, cərrahi əməliyyat məsləhət görülür”.
Bu bölməyə aid digər xəbərlər
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
22.10.2026 | 14:08
Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər
22.10.2026 | 12:05
Həkim karyerası boyu bu şişlərə cəmi bir neçə dəfə rast gələ bilər – Onkoloq nadir xərçəng növlərini açıqlayıb
22.10.2026 | 10:49
Dodaq uçuğuna səbəb olan virus beynin immun müdafiəsini zəiflədə bilər
22.10.2026 | 10:44
Düz bağırsaq sallanması - Hansı əlamətlərə diqqət yetirmək lazımdır?
21.10.2026 | 13:31
Plastiklərdəki üç kimyəvi maddənin birgə təsiri xərçənglə əlaqəli genləri aktivləşdirir
21.10.2026 | 10:00
Antibiotiklərə davamlılıq xərçəngdən daha çox insanın ölümünə səbəb ola bilər - Dərmanlar təsirsiz qala bilər
19.10.2026 | 10:53
Yüksək hərarət olmadan da müşahidə edilə bilər – Mütəxəssis pnevmoniyanın gizli əlamətlərini açıqlayıb
18.10.2026 | 12:31
Uşaqlarda dalğınlıq epilepsiya əlaməti ola bilərmi?
18.10.2026 | 11:28
Həkim payızda burun axmasının iki əsas səbəbini açıqlayıb
18.10.2026 | 10:23
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12

