Miqren ağrısına qarşı botoks məhlulu həyat keyfiyyətini yaxşılaşdırır
19.01.2024 08:25

Nevrologiya mütəxəssisi professor Zeynep Aydın bildirib ki, botoks tətbiqində xəstənin müalicəyə reaksiyasına görə davamına qərar verilir. Bu müalicənin məqsədi miqren xəstələrinin ağrı hücumlarının tezliyini və şiddətini azaltmaqdır.

Aztibb.az “CNN Türk”ə istinadən xəbər verir ki, professorun sözlərinə görə, botoks müalicəsi xroniki miqren xəstələrini baş ağrısından qurtulmağa kömək edən bir üsuldur. Xroniki miqrenin ən az 3 ay müddətində ayda 15 gündən çox baş ağrılarının yaranmasına səbəb olduğunu və botoksun onun müalicə variantları arasında olduğunu izah edib.

Miqren müalicəsində botoksun necə istifadə edildiyini açıqlayan həkim, incə iynə ucları vasitəsilə baş və boyun nahiyələrində standart 31 nöqtəyə iynə vurulduğunu bildirib. O, tətbiqin öz təsirini 10 gündən sonra göstərdiyini və prosesin 20-25 dəqiqə çəkdiyini qeyd edib. Nevroloq botoks müalicəsinin məqsədinin miqren ataklarının tezliyini və şiddətini azaltmaq olduğunu vurğulayıb.

Miqren peyvəndi

Professor miqren müalicəsində istifadə edilən digər üsullardan biri də miqren peyvəndi olduğunu deyib. O bildirib ki, bu peyvənd beyində baş ağrısı hissinə səbəb olan maddələri bloklayaraq hücumların qarşısını alır. O izah edib ki, miqren peyvəndi iynə şəklində tətbiq edilir və bəzi hallarda təkbaşına, bəzən də dərmanlarla birlikdə istifadə edilə bilər.

Hər iki müalicə üsulunun miqren xəstələrinin həyat keyfiyyətini yaxşılaşdırmaq və ağrıkəsici asılılığını azaltmaq məqsədi daşıdığını ifadə edən həkim, bu müalicələrin təhsilli və təcrübəli həkimlər tərəfindən tətbiq edilməsi lazım olduğunu bildirib.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev