Dərmanlardan cib telefonlarına qədər qulaq sağlamlığına təsir edən 8 təhlükə
19.01.2024 07:13

Professor Yavuz Səlim Yıldırım qulaqların düşündüyümüzdən daha həssas olduğunu ifadə edərək, qulaqlara zərər verə biləcək amilləri sadalayıb.

Aztibb.az “CNN Türk”ə istinadən xəbər verir ki, onun sözlərinə görə, bəzi davranışlar və vəziyyətlər qulaq sağlamlığına mənfi təsir göstərə bilər.

Yüksək səs: Qulaqlar yüksək səslərə həssasdır və uzun müddət məruz qalma eşitmə itkisinə səbəb ola bilər. İş yerində yüksək səslə musiqi dinləmək, silah səsləri və yüksək səs-küy kimi vəziyyətlər qulaq sağlamlığına mənfi təsir göstərir.

Qulaq çubuqları: Qulaq kirinin təbii şəkildə çıxarılmasının qarşısını alan qulaq təmizləyici çubuqlar qulaq kanalını bağlaya və zədələyə bilər. Bundan əlavə, çubuqlar qulaq pərdəsinə zərər verə bilər.

Mobil telefon: Cib telefonları radiasiya və elektromaqnit dalğaları yayaraq qulaq sağlamlığına zərər verə bilər. Xüsusilə uzun müddət telefonda danışmaq elektromaqnit dalğalarının təsirindən qulaqda cingilti və ağrıya səbəb ola bilər.

Siqaret və dərmanlar: Siqaret çəkmək qan damarlarına təsir edir, qulağa qan axını azaldır və eşitmə itkisinə səbəb olur. Bəzi dərmanlar da qulaq hüceyrələrinə zərər verə bilər.

Qulaq damcıları: Şüursuz olaraq istifadə edilən bəzi qulaq damcıları qulağa zərər verə bilər. Tərkibindəki maddələrə görə qulaqda mantar infeksiyası və iltihaba səbəb olur.

Pirsinq: Qeyri-gigiyenik pirsinq prosedurları qulaq qığırdaqlarında əriməyə və infeksiyaya yol açır. Qulaq qığırdaqlarını deşərkən həkim nəzarəti vacibdir.

Başgicəllənmə: Başgicəllənmə daxili qulağa təsir edərək tarazlıq sistemini poza bilər. Bu zamanla eşitmə orqanına zərər verə bilər. Başgicəllənmədən şikayət edənlər mütləq mütəxəssisə müraciət etməlidirlər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev