Milli Onkologiya Mərkəzi və Biofizika İnstitutu alimlərinin birgə tədqiqatları beynəlxalq jurnalda nəşr olunub
26.12.2023 15:23

Elm və Təhsil Nazirliyinin Biofizika İnstitutunun və Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzinin alimləri ilə birgə apardığı iş yüksək impakt faktorlu “Acta Naturae” jurnalında çap olunub.

 

AMEA-dan Aztibb.az-a verilən məlumata görə, məqalədə 2,2,6,6-tetramethylpiperidine-1-oxyl (TEMPO) spin zondunun insan ağciyər normal və karsinoma hüceyrələrində paylanmasını tədqiq edərək, lipid kompozisiyasının hüceyrəyə təsiri qiymətləndirilib.

 

Məqsəd membran xüsusiyyətlərinə əsaslanaraq xərçəng xəstəliyinin müalicəsi üçün potensial strategiyaları aşkar etmək idi. Tədqiqat normal və xərçəng hüceyrələrinin mikromühitlərinə uyğun olaraq pH-ın 7.3 və 6.2 qiymətlərində aparılıb. Kimya terapiyasında istifadə edilən yerli hipertermiyanın effektivliyini aşkar etmək üçün TEMPO-nun paylanması 283K-317K temperatur intervalında təyin edilib.

 

Nəticələr göstərir ki, insan ağciyər xərçəngi hüceyrələrinin membranları üçün TEMPO-nun membrana daxil olma əmsalı qonşu normal hüceyrələrlə müqayisədə xeyli yüksəkdir. C12SL (laurik turşunun spin-nişanlı analoqu) ilə əldə edilən nəticələr göstərir ki, xərçəng hüceyrələrinin nisbi yüksək membran dinamikası onlarda müşahidə olunan yüksək TEMPO paylanması üçün mümkün mexanizm ola bilər. TEMPO və onun törəmələri xərçəng tədqiqatlarında teranostik agent kimi qəbul edilir.

 

Məqalədə göstərilir ki, TEMPO törəmələrindən istifadə etməklə, xərçəng xəstələrinə tətbiq edilən standart kimya terapiyası üçün tamamlayıcı alkalizasiya və hipertermiyanın effektivliyini əvvəlcədən yoxlamaq olar. Bu iş xərçəng xəstəliklərinin müalicəsində fərdi yanaşmanı təmin edən faktorlardan biridir.

 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub