Tibb müəssisələrində “Qidalanmanın təşkili haqqında Təlimat” təsdiq edilib
18.12.2023 14:02

Elmi əsaslarla qurulan və düzgün təşkil olunan müalicəvi qidalanma müxtəlif xəstəliklərin kompleks müalicəsinin əsas tərkib hissəsidir. Müalicəvi qidalanma sağlamlığın yaxşılaşdırılmasında, xroniki xəstəliklərin kəskinləşməsinin qarşısının alınmasında, yüksək əmək qabiliyyətinin qorunmasında mühüm rol oynayır.

 

Bunları nəzərə alaraq tibb müəssisələrində mövcud qanunvericiliyin tələblərini əsas tutaraq müalicə alan vətəndaşların qidalanmasının düzgün təşkil edilməsi, qida sahəsində çalışan işçilərin maarifləndirilməsi və işlərinin peşəkar şəkildə təşkil edilməsi üçün təlimat tərtib edilib.

 

TƏBİB-dən Aztibb.az-a verilən xəbərə görə, qurumun İcraçı direktoru Vüqar Qurbanovun əmri ilə “TƏBİB-in tabeliyində olan tibb müəssisələrində qidalanmanın təşkili haqqında Təlimat” təsdiq edilib. Təlimat Azərbaycan Respublikasının mövcud qanunvericiliyi, normativ hüquqi sənədləri və TƏBİB-in  Nizamnaməsinə uyğun olaraq hazırlanıb.

 

Pasiyentlərin qida qəbulu vaxtları ümumi olaraq bu qaydada planlaşdırılır: səhər yeməyi – 08:00–09:00, birinci ara yemək – 11:00, nahar yeməyi 13:00–15:00, ikinci ara yemək 17:00, şam yeməyi 19:00–20:00. Qidalanmanın vaxtları xəstələrin müalicə növünə görə müalicə həkimi tərəfindən dəyişdirilə bilər.

 

Xüsusi pəhriz tələb etməyən xəstələrin qidalanması gündəlik 3-4 dəfə və yeməklər arasında fasilə 4-5 saat olaraq nəzərdə tutulmalıdır. Yeməklər arası fasilənin 2 saatdan tez olması məqsədəuyğun deyil.

 

Əksər xəstələrdə pəhriz masasına görə qidalanma gün ərzində 5-6 dəfə müalicə həkimi və ya həkim-diyetoloq tərəfindən təyin edilə bilər.

 

Böyüklərdə gündəlik enerjinin 45-60%-nin karbohidratlardan, 20-35%-nin yağlardan və 10-20%-nin zülallardan alınması tövsiyə olunur.

 

Tibb müəssisələrində qidaların uyğun şərtlərdə istehsalını və insan sağlamlığına mənfi təsir göstərən mikrobioloji risklərin olub-olmadığını müəyyən etmək məqsədilə səhər, nahar, şam yeməklərinin hər birindən nümunələr götürülərək analiz edilir.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev