İcbari tibbi sığortayla əlaqədar dövlət xəstəxanalarında xidmətin təşkili qaydası dəyişir
27.10.2020 13:24

Dövlət tibb müəssisələrində tibbi xidmət üzrə dövlət büdcəsi vəsaiti büdcədənkənar vəsaitlər, icbari və könüllü tibbi sığorta sistemindən daxil olan vəsaitlər, şəxslərin öz vəsaiti, hüquqi və fiziki şəxslərin ianələri və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilə bilər.

 

Bu, Milli Məclisin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılan "Əhalinin sağlamlığının qorunması haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.   

 

Qüvvədə olan qanuna əsasən, dövlət tibb müəssisələrində tibbi xidmət pulsuzdur və yalnız bu qanunda nəzərdə tutulan hallar istisna olmaqla, pulu ixtisaslaşdırılmış tibbi yardımın növləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 

 

Qeyd edək ki, qanun layihəsi “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının qanununda dəyişiklik edilməsi barədə” 2019-cu il 3 dekabr tarixli qanunun icrası ilə əlaqədar hazırlanıb. Tibbi sığorta keçidlə əlaqədar icbari tibbi sığorta olunanlara tibbi yardım xidmətlər zərfində nəzərdə tutulduğu hallarda icbari tibbi sığorta haqları hesabına, digər hallarda isə dövlət büdcəsi hesabına (tibbi yardımın dövlət büdcəsinin vəsaiti hesabına göstərilməsi qanunvericilik aktlarında nəzərdə tutulduğu hallarda) göstəriləcək. Hazırda vətəndaş üçün pulsuz tibbi yardım kimi görünsə də, həmin yardımın dəyəri tibb müəssisəsinə dövlət büdcəsi hesabına ödənilir. Bu, tibb işçilərinin əmək haqqı, tibb müəssisəsinin saxlanılması və s. xərclər formasında ödənilir. Tibbi sığortanın tətbiqi isə, eyni zamanda tibb müəssisələrinin və tibbi yardımın maliyyələşdirilməsi qaydasını da dəyişmiş olur.

 

Qanun layihəsi birinci oxunuşda səsə qoyularaq qəbul edilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır