BMT-nin Uşaq Fondu UNİCEF-in nümayəndə heyəti Naxçıvana səfər edib
17.11.2023 09:13

BMT-nin Uşaq Fondu UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin Səhiyyə və Qidalanma Proqramının rəhbəri Töhfə Cəmilovanın başçılıq etdiyi heyətin Naxçıvana səfəri Naxçıvan Muxtar Respublikası Səhiyyə nazirinin birinci müavini, nazir vəzifələrini icra edən Samiq Sadıxov və həkim heyəti ilə olan görüşlə başlayıb.

Aztibb.az-a verilən məlumata görə, görüşdə Samiq Sadıxov muxtar respublikada səhiyyə sahəsində reallaşdırılan islahatlardan və xidmətin ən yüksək şəkildə təmin olunması üçün nəzərdə tutulan layihələrdən bəhs edib.

Bildirib ki, səhiyyə sistemində ən önəmli məsələ ilkin səhiyyədir. Vətəndaşların yüksək tibbi xidmətlərdən yararlana bilməsi məqsədilə muxtar respublikada 37 Ailə Sağlamlıq Mərkəzi, həmçinin tərkibində peyvənd mərkəzi olan İctimai Səhiyyə Xidməti yaradılıb. Yaxın zamanda istifadəyə veriləcək “Smart Peyvənd” sistemi uşaqların peyvənd olunması prosesini asanlaşdırmaqla yanaşı, peyvənddən kənarlaşma hallarının da qarşısını alacaq.

Görüşdə həmçinin muxtar respublikada səhiyyə sisteminin gələcək perspektivlərindən bəhs olunub.

BMT-nin Uşaq Fondunun (UNİCEF) Azərbaycandakı nümayəndəliyinin Səhiyyə və qidalanma proqramının rəhbəri Töhfə Cəmilova muxtar respublikada yerinə yetirilən islahatlar və layihələrlə tanış olmaqdan məmnun olduğunu bildirib: “Ən sevindirici məqam səhiyyədə yeni təşəbbüslərə açıq olmanızdır. Dar zaman çərçivəsində bu dərəcədə əhəmiyyətli işlərin reallaşması, yeni başlanğıclar ümidvericidir. Biz əminik ki, işlər bu istiqamətdə davam edərsə, Naxçıvan səhiyyəsi örnək təşkil edəcək və bu nümunədən ölkəmizin bütün bölgələrində yararlanmaq mümkün olacaqdır. Səfərimizin məqsədi BMT-nin Uşaq fondunun “Səhiyyə və qidalanma” proqramı ilə əməkdaşlıq istiqamətlərini müzakirə edərək hansı sahələrdə təcrübələrimizi bölüşə biləcəyimizi, bir-birimizə necə dəstək ola biləcəyimizi müəyyənləşdirməkdir. Xüsusilə UNİCEF-in mandatına uyğun olaraq ana və uşaq sağlamlığı məsələləri prioritet təşkil edir. Bu baxımdan ilkin səhiyyə xidmətlərində tibbi kadrların bilik və bacarıqlarının artırılması əsasdır. Hamilə qadınlara və doğuşa yardım xidməti göstərən müəssisələrdə UNİCEF-in tövsiyyələrinə uyğun olaraq, yeni təşəbbüslərin tətbiqi mümkündür”.

Proqramın rəhbəri məhz bu baxımdan əməkdaşlığın mühüm əhəmiyyət kəsb etdiyini deyib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır