“Tibdə süni intellekt” mövzusu “Medinex” sərgisində müzakirə mövzusu olub
05.11.2023 08:35

“Medinex” sərgisinin 3-cü günündə “Tibdə süni intellekt” mövzusunda panel sessiyası təşkil olunub.

 

TƏBİB-dən Aztibb.az-a verilən xəbərə görə, Elmi–Tədqiqat Tibbi Bərpa İnstitutunun böyük elmi işçisi Mərziyyə Məmmədovanın moderatorluğu ilə keçən panelə TƏBİB-in təşkil etdiyi Dünyadakı Azərbaycanlı Təbiblərin I Simpoziumuna (DATS) qatılan Ege Universitetinin Kök hüceyrə kafedrasının Molekulyar tibb laboratoriyasının uzman həkimi Aytən Səfərli və "Özel Demirtepe Life" xəstəxanasının uzman neyrocərrahı Aysel Şıxəliyeva onlayn qatılıblar.

 

İlk olaraq çıxış edən Mərziyyə Məmmədova “Tibb və süni intellekt: imkanlar və perspektivlər” mövzusunda çıxış edərək süni intellektin tibbin bir çox sahələrində mühüm yenilik olduğunu vurğulayıb. O, dərmanların kəşfi və istehsalı, fərdiləşdirilmiş tibb, tele-tibb, robotik cərrahiyyə, robotik reabilitasiya sistemləri sahələrində də süni intellektdən yararlanmağın zəruriliyini vurğulayıb.

 

Aytən Səfərli “Müasir tibdə innovasiyalar: İnsan orqanlarının 3D printerdə çap edilməsi, kök hüceyrələrin tətbiqi" mövzusunda çıxış edərək kəskin/xroniki xəstəliklər, anadangəlmə qüsurlar və yol-nəqliyyat hadisələri nəticəsində orqan çatışmazlığının böyük sosial problemlərdən birinə çevrildiyini vurğulayaraq, xüsusilə son illərdə orqan bağışlanmalarının sayının artmasına baxmayaraq, dünyada donor və resipiyent sayı arasında uyğunsuzluğun artmaqda davam etdiyini söyləyib.

 

“Son 10 ildə orqan transplantasiyası gözləyən insanların sayı 7% artıb, lakin donorların və transplantasiyaların sayı mahiyyətcə dəyişməz qalmaqdadır, 3D bioprinterlər bu problemin həlli üçün ümid vəd edən kəşflərdəndir”.

 

O, biogörüntüləmə mərhələləri, hüceyrə seçimi, embrionik və kök hüceyrələr, onkoloji tədqiqatlar üçün toxuma modelləri, dərman çalışmaları və skrininq, sümük, qığırdaq, dəri toxumaları, kornea, damar qreftlərinin 3D printerdə çapı barədə ətraflı məlumat verib.

 

Aysel Şıxəliyeva isə "Cərrahi təcrübədə 3D görüntüləmə: Virtual reallıq (VR) eynəklərinin istifadəsi" adlı təqdimatında 2 D görüntüləmə, 3D görüntüləmə barədə ətraflı çıxış edib. 2D görüntüləmə olan Rentgen, Ultrasonoqrafiya (USQ), Kompyüter tomoqrafiya (KT), Maqnit Rezonans Tomoqrafiya (MRT), həmçinin 3 D görüntüləmənin faydaları, cərrahi təcrübədə istifadəsi, virtual anatomik laboratoriyaların istifadəsi və yararlılığı barədə təqdimat edib. Uzman-neyrocərrah VR eynəklərin tibdə – mürəkkəb əməliyyatlar və ya xəstəliklərin diaqnostikası zamanı böyük rol oynadığını vurğulayaraq konkret nümunələr üzərində çıxış edib.

 

Təqdimatların sonunda sual-cavab sessiyasında çıxışçılar panel iştirakçılarının suallarını cavablandırıblar.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır