Tədris Terapevtik Klinikada rezidentlər üçün seminar: “Hipoparatireozun müasir müalicəsi”
21.10.2023 10:54

ATU-nun Rezidentura və magistratura şöbəsi Tədris Terapevtik Klinika ilə birlikdə rezidentlər üçün növbəti seminar keçirib.

 

Bu məlumat Aztibb.az-a ATU-dan verilib.

 

Tədbiri giriş sözü ilə açan Rezidentura və magistratura şöbəsinin müdir müavini Namiq Xəlilov qeyd edib ki, seminarda II Daxili xəstəliklər kafedrasının dosenti Səbinə Məşədiyevanın “Hipoparatireozun müasir müalicəsi” mövzusunda məruzəsi dinləniləcək.

 

Məruzə ilə çıxış edən S.Məşədiyeva diqqətə çatdırıb ki, hipoparatireoz qalxanvari ətraf vəzilərin sekresiya etdiyi parathormonun azalması və yaxud heç olmaması ilə müşahidə olunan vəziyyətdir. Məruzəçinin sözlərinə görə, parathormon orqanizmdə kalsiumun və fosforun mübadiləsinə cavabdeh hormondur. Onun çatmazlığı ciddi ağırlaşmaya – hipokalsiemiyaya gətirib çıxara bilər. Kalsium ürək və skelet əzələlərinin aktiv işi, sinir oyanıqlığı, maddələr mübadiləsinin bütün növləri üçün vacib vasitədir. Sümük toxumasında mineralizasiyanı təmin edir və qanın laxtalanması faktorlarını aktivləşdirir.

 

S.Məşədiyeva bildirib ki, son illər paratireoid vəzlərin autoimmun zədələnmələri də artıb və endokrinoloqlar xəstəliyin bu formasına tez-tez rast gəlirlər: “Hipoparatireoz zamanı skelet əzələlərin sinir-əzələ oyanıqlığı artır, paresteziyalar, çox ağrılı qıcolmalar, əzələ dartılmaları əmələ gəlir, əsasən bu qıcolmalar aşağı və yuxarı ətrafların əzələlərində və üz əzələlərində olur. Daxili orqanların əzələləri də bu prosesə qoşula, bronxospazm, larinqospazm əmələ gələ bilər. Ağır hallarda tənəffüs, udma pozulmaları olur. Mədə-bağırsaq sisteminin əzələlərində proses gedəndə ishal və ya qəbizlik yaranır. Tez-tez vegetativ pozulmalar (istigəlmə, titrəmə, ürəkdə ağrılar, arterial hipotoniya) olur.

 

Xəstəlik uzun müddət müalicə olunmayanda trofik pozulmalar əmələ gəlir, diş emali pozulur, dəri quruyur, dırnaqlar kövrəkləşir, katarakta əmələ gəlir. Psixi pozuntular, ağır nevrozlar, yaddaşın zəifləməsi, yuxusuzluq yaranır və depressiyaya gətirib çıxarır”.

 

Seminarın sonunda Tədris Terapevtik Klinikanın baş həkimi Fəridə Hacıyeva vurğulayıb ki, hər dəfə bir həkimin aktual mövzuda rezidentlər qarşısında çıxış etməsi maraqla qarşılanır və bu, onların gələcək fəaliyyətində böyük əhəmiyyətə malikdir.

 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub