ATU-da Latviya  Universitetinin osteopat həkimi Arturas Yaşinskas ilə görüş olub
14.10.2023 21:17

Azərbaycan Tibb Universitetinin (ATU) professoru Rafiq Təhməzovun təşəbbüsü ilə Latviya  Universitetinin tibb elmləri doktoru, osteopat həkim Arturas Yaşinskas ilə görüş keçirilib.

 

ATU-dan Aztibb.az-a bildirilib ki, tədbirdə R.Təhməzov görüşün ATU ilə Latviya Universiteti arasında bağlanmış müqaviləyə əsasən keçirildiyini diqqətə çatdırıb. Qeyd edib ki, A.Yaşinskas dünyada osteopatiya sahəsində tanınmış alim olmaqla, həm də bu sahə üzrə Latviya Universitetində rezidentlərin rəhbəridir. 


Daha sonra A.Yaşinskas universitetin professor-müəllimləri, eləcə də tələbə-rezidentləri üçün “Osteopatiyanın əsasları” mövzusunda məruzə ilə çıxış edib.  


Məruzəçi bildirib ki, osteopatiya ağrısız və dərmansız müalicə üsuludur. Bu diaqnostika üsulu özündə bir çox istiqamətləri, eyni zamanda manual terapiyanı birləşdirən geniş bir sahəni əhatə edir. Osteopat-həkim - orqanizmin fəaliyyətində bir-birinə təsirini ifadə edən əzələ fassiyaları, oynaq, sümük və daxili orqanlarda cüzi dəyişmələri hiss etmək və yalnız əllərinin toxunulması ilə uğurlu müalicə aparmaq imkanına malik mütəxəssisdir. Bu proses osteopat və pasiyent arasında dərin ahəngdarlıq şəraitində baş verir.

 

Məruzə ətrafında çıxış edən ATU-nun professorları Məhbubə Vəliyeva, Əhməd Kazımov, Hüseyn Abıyev və başqaları vurğulayıb ki, insanlar qədim zamanlardan bəri müxtəlif müalicə üsulları, o cümlədən otlar, dərman preparatları, həmçinin  türkəçarələrdən istifadə ediblər. Musiqinin müalicəvi təsiri isə insanlara lap əvvəllərdən məlumdur. Musiqi ilə müalicə metodu eramızdan əvvəl Çində tətbiq olunub. Hazırda musiqi terapiyasından dünyanın əksər ölkələrində istifadə edilir.

 

Görüşdə vurğulanıb ki, bu üsulla müalicə geniş yayılsa da, musiqi ilə diaqnostika üsulu az adama bəllidir. Bu metod ilk dəfə azərbaycanlı alim Rafiq Təhməzov tərəfindən öyrənilib. O, 1994-cü ildə Çində olarkən orada U-SİN nəzəriyyəsi ilə tanış olub və bu nəzəriyyə əsasında muğam diaqnostikası işləyib hazırlayıb. Belə ki, həmin metoda uyğun olaraq ayrı-ayrı səslərə, muğam hissələrinə qulaq asmaqla hansı orqanın xəstə olduğunu müəyyən etmək mümkündür.

 

Daha sonra Əməkdar artist Elşən Mənsurov kamançada eksperiment olaraq "Bayatı-Şiraz", "Bayatı-Qacar", "Bayatı-türk", "Uşşaq" və "Çahargah" muğamlarını səsləndirib.

 

Bildirilib ki, diaqnoz qoyularkən xəstə həmin muğamları dinləyir, hansı xoşuna gəlirsə, ona əsasən xəstəliyini təyin etmək olur. Beləliklə, dünyada ilk dəfə U-SİN prinsiplərinə uyğun olaraq ayrı-ayrı orqanların notlara və muğam fraqmentlərinə maksimal həssaslığı öyrənilməklə ölkəmizdə yeni diaqnostik üsul - muğam diaqnostikası yaradılıb.

 

Diskussiya şəraitində keçən görüşdə bir daha ənənəvi təbabətin müsbət rolu qeyd olunub, pasiyentlər isə nəticədən razı qaldıqlarını dilə gətiriblər.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Ali Səhiyyə Menecmenti Akademiyasının III sessiyasına qeydiyyat başlayıb
D vitamini çatışmazlığı sümüklərin sağlamlığına necə təsir edir?
Böyük ölçülü exinokokk kisti tam laparoskopik üsulla uğurla əməliyyat edilib - Diaqnoz Tibb Mərkəzində 
Qubadlının Qəzyan kəndində 55-dən çox hərbiçiyə təmənnasız stomatoloji xidmət göstərilib
Naxçıvanın Babək rayonunda növbəti tibbi müayinə aksiyası keçirilib
İşğaldan azadlığa, həqiqətin bərpasından qlobal media dialoquna uzanan tarixi proses  
Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu ilə Qazaxıstanın tibb müəssisələri arasında əməkdaşlıq memorandumları imzalanıb
Göygöl Rayon Mərkəzi Xəstəxanasında könüllü qanvermə aksiyası
Könüllü qanvermə praktikası müasir transfuzologiyada qan təhlükəsizliyinin təmin olunmasının ən effektiv modelidir - MÜSAHİBƏ
Göygölün Zurnabad kəndində tibbi aksiya: 223 pasiyent ödənişsiz müayinə və konsultasiya olunub
NDU-nun Tibb fakültəsinin tələbələri Akdeniz Universitetində klinik təcrübələrini uğurla davam etdirirlər
Erkən diaqnoz və düzgün müalicə pnevmoniyanın ağırlaşmalarının qarşısının alınmasında mühüm rol oynayır
Pirallahı Tibb Mərkəzində könüllü qanvermə aksiyası keçirilib
Burun tənəffüsünün pozulmasından əziyyət çəkən pasiyent üzərində müasir endoskopik cərrahi əməliyyat uğurla icra olunub
Yeni Klinikada ilk laporoskopik parsial nefrektomiya əməliyyatı uğurla icra olunub