Uşağımı niyə peyvənd etməliyəm? Kütəvi immunlaşdırma nədir?
27.09.2023 11:13

Peyvəndlər sayəsində biz o xəstəliyə qarşı immunitet qazanırıq. Bu şəkildə mikrob vücudunuza girərsə, simptomlar ortaya çıxmamışdan əvvəl immunitet sistemi tərəfindən aradan qaldırılacaq.


Aztibb.az bununla bağlı tibbi protokollarda qeyd edilən məqamları diqqətə çatdırır.


Qızılca, difteriya və göy öskürək kimi bəzi xəstəliklər kiçik uşaqlarda və körpələrdə ciddi problemlərə və ya ölümə səbəb ola bilər. Uşaqlarımızı bu xəstəliklərdən və bu xəstəliklər nəticəsində yarana biləcək mənfi sağlamlıq problemlərindən qorumaq üçün peyvəndlərə ehtiyacımız var.


Niyə bütün uşaqlar peyvənd edilməlidir?


Uşaqlara ciddi infeksiyalardan qorunmaq üçün peyvənd vacibdir. Peyvənd sayəsində dünyada hər il 2-3 milyon ölümün qarşısı alınır. İnsanlar peyvənd olunaraq xəstəliyə qarşı immunitet qazanarsa, immuniteti olmayan insanların bu mikroblarla qarşılaşma şansı azalır.


İmmuniteti olmayan şəxslərə yaşına görə peyvənd oluna bilməyənlər (çox gənc və ya çox yaşlı), immun sistemi çatışmazlığı olanlar və ya immunosupressant dərmanlardan istifadə etməli olanlar daxildir.


Bundan əlavə, peyvəndin tətbiq olunduğu xəstəliklər insandan insana keçə bilməz. Məsələn, tetanoz təbii mühitdə (məsələn, torpaqda) tapılır və dərimizi kəsdiyimiz zaman daxil olur və xəstəliyə səbəb olur.


Tetanus peyvəndi kütləvi olaraq immun toxunulmazlığını təmin etmir, bu xəstəlikdən qorunmağın yeganə yolu hər kəsi peyvənd etməkdir.


Kütləvi immunlaşdırma nə üçün vacibdir?


Kütəvi immunlaşdırma həmin cəmiyyətdə peyvənd oluna bilməyən fərdləri qoruyur. Bir cəmiyyətdə peyvənd nisbəti yüksək olarsa, peyvənd olunmamış insanlar da qorunur, çünki bu xəstəliklərin ehtimalı azalacaq.


Peyvənd oluna bilməyəcək qədər kiçik olan körpələr, immun sistemi xəstəlikləri olan insanlar və ya immun sistemini zəiflədən dərmanlardan istifadə edən şəxslər bu xəstəliklərə qarşı həssasdırlar, çünki onlar peyvənd oluna bilmirlər. Bu şəxslərdə xəstəliklər daha ağır və ölümcül olur. Bu insanları qorumağın ən yaxşı yolu sürü toxunulmazlığını təmin etməkdir. Bunun üçün peyvənd nisbəti yüksək olmalıdır. Məsələn, qızılca 92-94% peyvənd tələb edir.


Bəzi insanlar kütləvi immunlaşdırmanın xəstəliyi aradan qaldırdığını və artıq vaksinlərə ehtiyac olmadığını düşünür. Ancaq peyvənd nisbətləri azalarsa, xəstəlik tez bir zamanda geri qayıdacaq və peyvənd olunmayan hər kəs risk altında olacaq.

 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev