Rentgenli cihazların orqanizmə təsir fərqləri nə qədərdir? Qidanın radiasiyaya yoluxma riski varmı?
26.09.2023 13:31

Sosial mediada rentgenli yoxlama-baxış sistemləri ilə bağlı şübhəli iddia irəli sürülüb.

 

Girişlərdə quraşdırılan rentgenli cihazlarından keçən çantaların və qidaların radiasiyaya məruz qala biləcəyi deyilir. Bəs, qida və əşyaların radiasiyaya görə sağlamlığı təhdid etməsi iddiaları doğrudurmu?


Aztibb.az “TRT Haber”ə istinadən xəbər verir ki, adətən cihazlardakı radiasiya simvolu bir çox insanın narahatlığına səbəb olubr.

X-Ray cihazlarında aşkar olunan radiasiya dərəcəsi sağlamlığı təhdid edəcək qədər yüksək deyil. Bu cihazlarda ionlaşmış tip radiasiya var. Mütəxəssislərin bildirdiyinə görə, təhlükəsizlik məqsədilə istifadə edilən X-Ray cihazlarında radiasiya dərəcəsi təxminən 0,2 millirad dozadır.

X-Ray cihazlarının verdiyi 0,2 millirad radiasiya dozası qida və əşyalara təsir etmir. Əslində, döş qəfəsinin rentgenoqrafiyasından radiasiya dərəcəsi min dəfə, diş rentgenindən alınan doza isə on dəfə yüksəkdir.

ABŞ Qida və Dərman İdarəsi, X-Ray cihazlarından qidalara və əşyalara ötürülən radiasiyanın məlum yan təsirlərinin olmadığını bildirib. X-Ray cihazlarının yaydığı radiasiya hər bir insanın illik məruz qaldığı radiasiya sürətindən 200 dəfə azdır.

Yeməklərdə və əşyalarda radioaktiv qalıqların qalmadığı elmi şəkildə sübut edilib.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev