"Eris üçün yeni peyvənd lazımdır" - Dünyanın səhiyyə orqanları virusu yaxından izləyir
26.09.2023 14:41

Ankara Universitetinin professoru Alpay Azap COVID-19 üçün hazırlanan peyvəndlərin Eris variantına qarşı çox az təsirə malik olduğunu bildirib: “Virus o qədər dəyişdi ki, ilk hazırlanan peyvəndlərin hazırkı dəyişmiş variantlara qarşı effektivliyi çox azdı.

Aztibb.az cnnturk.com-a istinadən xəbər verir ki, professor pandemiyanın geri qayıtmadığını, lakin xəstəliyin gözlənilən gedişatının təhlükəli olduğunu deyib.

“Biz COVID-19-un bir neçə il ərzində endemik, yəni müəyyən dövrlərdə sayı artan bir xəstəliyə çevriləcəyini gözləyirdik. Xəstəlik müəyyən dövrlərdə azaldı, lakin həyatımızın bir parçasıdır. Əslində yaşadığımız proses tam olaraq budur”, - deyə alim bildirib.

O, qeyd edib ki, əslində, biz yenə eyni prosesdən keçirik. Ona görə də panikaya ehtiyac yoxdur. Bunun pandemiya dövründə yaşadığımız kimi eyni məhdudiyyətlərə və bağlanmalara səbəb olacağını gözləmirik. Daha ağır xəstəliyə səbəb olmurlar. O, soyuqdəymə və qrip kimi yuxarı tənəffüs yollarının infeksiyasına çevrilib.

Ayırd edici bir xüsusiyyəti yoxdur

Eris variantının digər respirator viruslardan heç bir fərqləndirici xüsusiyyətinin olmadığını bildirən professor qrip kimi bu xəstəliyin də qızdırma, baş ağrısı, boğaz ağrısı, burun tutulması, geniş yayılmış əzələ-oynaq ağrıları, yorğunluq kimi əlamətlərinin olduğunu deyib:

“Ona görə də hansı virus olduğunu anlamaq mümkün deyil. Bunun hansı variant olduğunu anlamaq üçün variant təhlili aparılmalıdır. Bu cür təhlillər yalnız təqib məqsədləri üçün vacibdir. Ümumdünya Səhiyyə Təşkilatı ölkələrə deyir ki, bu şəkildə variant analizi ilə virusun müəyyən miqdarına nəzarət etsinlər”.
İnsanlar tənəffüs yolu infeksiyası əlamətləri görünəndə onun COVID-19 olub-olmadığını anlaya bilmir. Müəyyən hallarda gedib müayinədən keçmələrini tövsiyə edilir.

Virus insanlarda xəstəlik törətdiyi üçün dəyişməyə davam edir. Yeni variantlar ortaya çıxır, lakin əvvəlki variantla müqayisədə daha asan ötürülən variant dominant olur:

“Eris belə variantlardan biridir. Təbii ki, ağciyərlərə təsir edən, tənəffüs çatışmazlığına səbəb olan və ölümlə nəticələnən daha ağır variantın ortaya çıxma ehtimalı var, lakin biz bunun aşağı bir ehtimal olduğunu düşünürük. Riyazi modelləşdirmə və hesablamalar bizə bunun 10 faizdən az bir ehtimal olduğunu deyir, lakin sıfır faiz deyil. Bu, hələ də ciddi nəzarət tələb edir. Səhiyyə orqanları bunu bütün dünyada yaxından izləyir" .

Qorunmağin ən səmərli yolu maskalardan istifadədir

Professor pronoz edib ki, bu dövrlərdə tənəffüs yolu infeksiyalarında artım olacaq. Görəcəyik ki, Eris variantı və gələcək variantlar bu dövrlərdə bir çox insanı xəstələndirəcək, xəstəliyin hətta yüngül simptomları olan insanların sayı artacaq.

Xüsusilə ciddi əsas xəstəlikləri olan və immun sistemi zəif olan xəstələr üçün problemdir. Virusun cəmiyyətdə geniş yayıldığı dövrlərdə bu insanlar şəxsi ehtiyat tədbirlərinə diqqət yetirməlidirlər. Riskli qrup üçün özünü qorumaq çox daha vacibdir. Təkcə COVID-19-dan deyil, qış aylarında artan bütün respirator viruslardan qorunmağın ən təsirli yolu maskadan istifadə etməkdir.

Məsafə və təmizlik qaydalarına diqqət yetirmək və ətrafınızı çox yaxşı havalandırmaq lazımdır. Xüsusilə də risk qrupunda olan insanlar bu ehtiyat tədbirlərinə çox diqqət yetirməlidirlər.

Risk qruplarinin vaksinə ehtiyacı var

Covid-19- qarşı ən təsirli üsulun peyvənd olduğunu vurğulayan alim bildirib ki, dünyada yeni vaksinlər hazırlanır:

“XBB.1.5 variantını ehtiva edən tək vaksin var. Bu, ən yeni peyvənddir və sentyabr ayından Şimali Amerika və Avropada istifadə üçün təsdiq edilib. Qış mövsümünə girərkən bu peyvəndin bir dozası ilə peyvənd olunmaq lazımdır. Lakin bu peyvənd hazırda geniş yayılmadığı üçün biz köhnə peyvəndi daha əvvəl peyvənd sxemini tamamlamış insanlara tövsiyə etmirik, lakin daha əvvəl COVID-19 peyvəndini tamamlamayan insanlara müalicəni tamamlamağı tövsiyə edirik.

Başqa bir virus ailəsindən yeni pandemiyalar gələ bilər

İndiki halda pandemiya səviyyəsinə çatması üçün yalnız yeni bir virusun ortaya çıxması lazımdır. Və bu, artıq yeni bir virusdur. SARS-CoV-2-nin çox dəyişmiş forması. ağır xəstəlik ortaya çıxmalıdır.

Virusun indiyə qədər izlədiyi dəyişikliyə baxsaq, belə bir ehtimalın əslində çox aşağı olduğunu söyləyə bilərik:

"Pandemiya davam edəcək, lakin yəqin ki, SARS-CoV-2-dən deyil, bəlkə başqa bir qrip gözləyirik və ya yeni pandemiyalar başqa bir koronavirusdan və ya tamamilə fərqli bir virus ailəsindən gələ bilər."

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
 Quba Regional Perinatal Mərkəzinin komandası 28-ci həftəsində doğulan körpənin həyatını xilas edib   
Hidrogen xərçəng də daxil olmaqla geniş spektrli xəstəlikləri müalicə edə bilər
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının kardioloqu - İlqar Quliyev
Hepatoloq Tofiq Əkbərov Türkiyədə XV Beynəlxalq Hepatoloji Konqresdə iştirak edib  
Endokrinoloq mühüm elementi olan “xərçəng əleyhinə” menyu təqdim edib
Həyat yoldaşına böyrəyini bağışladı
Rəşad Mahmudov Lənkəranda Ümummilli Lider Heydər Əliyevin 101 illiyinə həsr olunmuş elmi seminarda çıxış edib
 Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi yaradılır - Fərman
 Doğuş prosesini təcili tibbi yardım avtomobilində idarə edən tibb işçiləri təltif olunublar   
Sumqayıtda tədbir: “Azərbaycan səhiyyəsinin inkişafı Heydər Əliyevin adı ilə bağlıdır” 
Estetik cərrahiyyə və kosmetoloji sahədə qanun pozuntularına yol verən 9 klinika rəhbərliyi məsuliyyətə cəlb olunub
Milli Oftalmologiya Mərkəzinin Dəmiryol Səyyar Klinikası tərəfindən Astarada tibbi aksiya keçirilib
Xroniki xəstəlik nədir?
Yuxunun kifayət qədər olmaması orqanizmi infeksiyalara qarşı həssas edir - MÜSAHİBƏ