Florida alimləri: Təhlükəsiz hesab edilən səviyyələrdən xeyli aşağı dozalarda aspartam yaddaşı pisləşdirir
22.09.2023 09:01

Florida Tibb Kollecində tədqiqatçılar tərəfindən aparılan son elmi araşdırmalar nəticəsində aspartamın beyinə təsiri kontekstində, bu süni dadlandırıcı ilə siçanlarda öyrənmə və yaddaş pozğunluqları arasında əlaqənin olduğu müəyyən edilib.

Aztibb.az “Scientific Reports”a istinadən xəbər verir ki, alimlər aspartamın idrak performansına potensial təsirlərinə kifayət qədər diqqət yetirilmədiyini açıqlayıb.

Ümumdünya Səhiyyə Təşkilatının ən son təlimatlarındakı metabolik xəstəliklər, ürək-damar xəstəlikləri və xərçəng riskinin artması ilə aspartam və digər süni dadlandırıcılar arasında mümkün əlaqələrlə bağlı məumatlar dünya mediasında səs-küy yaratdı.

Qida və Dərman İdarəsi tərəfindən təhlükəsiz hesab edilən səviyyələrdən xeyli aşağı dozalarda aspartam qəbul edən erkək siçanların nəsli 16 həftəlik nəzarətli bir müddət ərzində məkan öyrənmə və yaddaşda azalma qabiliyyətini göstərib.

Bundan əvvəlki tədqiqatlar da siçanlarda aspartam və narahatlıq arasındakı əlaqəni araşdırıb və bu təsirlərin iki nəsildən çox davam etdiyi görülüb.

Qeyd edilib ki, yaddaş və öyrənmənin emosional aspekti ilə bağlı narahatlıq arasında bəzi oxşarlıqlar olsa da, bu tədqiqatlar funksional beyin şəbəkələrində unikal dəyişiklikləri müəyyən edib. Bundan əlavə, aspartamın təsiri yalnız siçan nəslinin ilk nəslində ortaya çıxıb və bu, dəyişikliklərin spermadakı epigenetik dəyişikliklərlə bağlı olduğunu göstərib.

16 həftəlik araşdırma zamanı siçanlar üç qrupa bölünüb:

- yalnız su içən nəzarət qrupu;
- FDA-nın tövsiyə etdiyi maksimum dozanın 7%-də aspartam (gündə iki pəhriz qazlı içki) istehlak edən qrup;
- 15% aspartam (gündə dörd pəhriz soda) istehlak edən qrup.

Bütün qrupdakı siçanlar sınaqdan keçirilir. Son sınaqda siçanlar dairəvi arenada yerləşən 40 mümkün variant arasında “təhlükəsiz” qutu tapmaq üçün öyrədilir.

Aspartam istehlak etməyən nəzarət qrupundakı siçanlar "təhlükəsiz" qutunu tez tapdılar, aspartam istehlak edənlərin isə bu işi mənimsəməsi daha uzun sürdü.

Siçanlar fəaliyyət göstərə bilsələr də, öyrənmə və yaddaş çatışmazlığını aradan qaldırmaq üçün onlara daha çox vaxt və ya əlavə yardım lazım olub.

Tədqiqatçılar aspartam istifadəsinin çox qatlı təsirlərinə daha yaxından nəzər salmağa çağırıblar.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub