Yeni bioloji oxşar materiallar onurğanın müalicəsinə kömək edəcək
18.09.2023 10:37

Alimlər insan orqanizmində canlı sümük və qığırdaq toxumasının əvəzedicisi kimi istifadə oluna bilən təbii materialların istehsalı üçün yeni texnologiyaya patent alıblar.


Aztibb.az “İzvestiya” nəşrinə istinadən yazır ki, tərkibindəki xüsusi elementlərə görə bu materiallar qeyri-adi xüsusiyyətlərə malikdir. Xüsusilə, onlar uzunmüddətli dövri yüklərə tab gətirərək, məhvə müqavimət göstərmək qabiliyyətinə malikdirlər.


Müasir kompüter və aşqar texnologiyalarından istifadə edərək alimlər əvəzedici materialların xassələrini konkret tapşırıqlar üçün “proqramlaşdırmaq” imkanı əldə ediblər.


Bu yanaşma alimlərə həndəsi nizamlı hüceyrələrdən yeni materiallar yaratmağa imkan verir.


Elm adamları 3D çapdan istifadə edərək onurğa qəfəslərini də yaratmaq üçün tədqiqatlara başlayıblar. Bunlar onurğa disklərini tamamilə və ya qismən əvəz etmək üçün istifadə edilən süni implantlardır.


Əməliyyat zamanı diskin zədələnmiş yeri çıxarılır və yerinə qəfəs qoyulur. Bunun vəzifəsi onurğanın hündürlüyünü qorumaqdır. Çox vaxt qəfəslər metallardan və ya polimerlərdən hazırlanır.


Burada qəfəsin və sümüyün mexaniki xüsusiyyətləri uyğun olmalıdır. İmplant çox sərtdirsə, fəqərəni parçalaya, boş olduqda isə öz-özünə çökə bilər. Təbii materiallar isə bu problemi həll edə bilər, çünki onların quruluşu bədənin təbii sümük toxumasını təqlid edir.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev