Mikrobioloji terapiya - İmmun zəifliyi və allergik xəstəliklərin müalicəsində olduqca effektivdir
18.09.2023 10:28

Mikrobioloji terapiya canlı və inaktivləşdirilmiş bakteriyalar və onların komponentləri vasitəsilə immun sistemin tənzimlənməsinə və orqanizmin müdafiə qüvvələrinin artırılmasına yönəlmiş çoxkomponentli müalicə sistemidir.


Aztibb.az Biloloji Təbabət Klinikasının məlumatı əsasında mikrobioloji terapiyanın məqsəd və üsulları haqqında yazır.


Mikrobioloji terapiyanın aparılmasında əsas məqsədlər:


- orqanizmin immunomodulyasiyası,
- mikrofloranın immunomodulyasiyası,
- orqan və sistemlərin detoksikasiyası,
- orqan və sistemlərin regenerasiyası,
- pozulmuş özünübərpa və requlyasiya mexanizmlərinin, homeostazın bərpasıdır.


Sağlam insanın xarici kontakt (dəri) və daxili kontakt (ağız boşluğu,mədə-bağırsaq traktının selikli qişaları) səthləri mikroorqanizmlərlə zəngindir. Bütün həzm sistemi traktının səthində təxminən 1014 mikrob kolonizasiyası var. İndiyə kimi dəri və selikli qişalarda yaşayan mikroorqanizmlərin 400-ə qədər növü identifikasiya olunub. Dəri və selikli qişalarda yaşayan bu mikrob populyasiyaları sahib orqanizmlə ekoloji tarazlıqdadırlar və simbiont, saprofit rolu oynayırlar.


Bu mikroorqanizmlərdən nazik bağırsaqlarda əsasən laktobakteriyalar və enterokoklar, yoğun bağırsaqlarda isə anaerob bakteriyalar üstünlük təşkil edir.


Bağırsaqların normal mikroflorası orqanizm üçün bir çox vacib funksiyalar həyata keçirir:


- Bağırsaqların selikli qişasının səthində mikrobioloji baryer əmələ gətirərək patogen mikroorqanizmlərin yaşamasına mane olurlar;
- Normal mikroflora bir çox qidalı maddələrin, vitaminlərin (K, B12, fol turşusu, nikotinamid) sintezində iştirak edirlər;
- İmmunorequlyator funksiya həyata keçirirlər;
- Limfoid orqanların inkişafında və differensasiyasında iştirak edirlər;
- Bağırsaq peristaltikasına aktivləşdirici təsir göstərirlər;
- Bağırsaqların selikli qişa epitelinin regenerasiya və proliferasiyasında iştirak edirlər;
- Bağırsaq selikli qişasında yerli qan dövranını sürətləndirilər;


Original tərkibə və təsir mexanizminə malik olan mikrobioloji preparatların hazırlanmasında yalnız sağlam insanların və virulentliyi dəfələrlə tədqiqatlarda yoxlanmış, şərti-patogen ştamplardan istifadə olunur. Preparatların hazırlanmasında istifadə olunan ştamplar hələ 1950-ci ildən sağlam insanlardan götürülmüş və müasir, çox virulent, antibiotikə rezistent ştamplar əmələ gəlməmiş çoxaldılan koloniyaların məhsullarıdır. Bu səbəbdən, preparatların istifadəsi zamanı heç bir əlavə təsirlər əmələ gəlmir və patogen mikrofloraya yoluxma ehtimalı yoxdur.


Mikrobioloji terapiyanın immun zəifliyi və allergik komponentlə gedən bir çox xəstəliklərin müalicəsində effektivliyini sübut olunub. Bir çox avropa ölkələrində aparılan tədqiqatlarda mikrobioloji terapiyanın effektiv təsiri sübuta yetirilib.


Mikrobioloji terapiya vasitəsilə aşağıdakı xəstəliklər müalicə olunur:


- atopik dermatit,
- allergik rinit,
- bronxial astma,
- allergik dəri xəstəlikləri (kontakt ekzema, övrə),
- kəskin, xroniki enterokolit,
- qəbizlik,
- qıcıqlanmış bağırsaq sindromu,
- divertikulyoz,
- qida maddələrinə allergiya,
- sistit, vaginit,
- ağız boşluğunun kandidozu,
- akne, furunkulyoz və s.


Mikrobioloji terapiyanı monoterapiya şəklində və yaxud istənilən kompleks müalicənin tərkibində istifadə etmək olar. Mikrobioloji terapiyanın antihomotoksik terapiya ilə tətbiqi xüsusilə effektivdir. Belə ki, hər iki terapiyanın sinergik təsiri daha dərin və sürətli klinik nəticə əldə etməyə köməklik göstərir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub