Payızda göz sağlamlığına diqqət! Professor gözün həssas olduğu mənfi təsirlərdən danışdı
14.09.2023 08:42

Həssas mövsüm olan payız göz sağlamlığına təsir edə bilər. Bu mövsümdə göz sağlamlığını qorumaq üçün bəzi məqamlara diqqət yetirilməlidir.

Aztibb.az cnnturk.com saytında oftalmologiya mütəxəssisi, professor Elif Betül Türkoğlu Şenin bu mövzuda bəzi tövsiyələrini oxucuları ilə paylaşır.

Payız mövsümündə insanların çox olduğu yerlərdə (ictimai nəqliyyat vasitələri, bazar, məktəblər və s.) yoluxa biləcəyiniz konyunktivitə qarşı diqqətli olmaq lazımdır.

Konyunktivit (Qırmızı göz, çəhrayı göz) gözdəki qan damarları göründüyü üçün gözlərdə qan tökülməsi və qızartı şəklində özünü göstərir.

Xəstəlik bir gözdə və ya hər iki gözdə baş verə bilər. Mikrob və allergik də daxil olmaqla bir çox konjonktivit növü var. Onun əlamətləri arasında gecələr qızartı, sulanma, qaşınma, sancma və qabıqlanmaya səbəb olan və səhər gözlərin açılmasına mane olan axıntı rastlanır.

Çox yoluxucu olan bu xəstəlik vaxtında müalicə olunmalıdır. Əks halda, xroniki hala gələ bilər və göz bəbəyində qalıcı ləkələrə səbəb ola bilər.

Rəqəmsal ekranlara uzun müddət baxmayın.Optik sinirlərin və kiçik əzələlərin çox işləməsi nəticəsində yaranan problemə göz yorğunluğu deyilir.

Göz yorğunluğunun bir çox səbəbi ola bilər. Bunlardan bəziləri rəqəmsal ekranlar, yəni mobil telefonlar və kompüterlər kimi cihazlarda çox vaxt keçirmək, fasiləsiz kitab oxumaq, yanlış işıqlandırmaya məruz qalmaq...və s-dir. Göz yorğunluğu ən çox görülən göz problemlərindən biridir. Həm uşaqlarda, həm də böyüklərdə görülə bilər. Göz yorğunluğunun simptomları gözlərdə qızartı və quruluq, baş ağrısı, bulanıq görmə, gözlərdə yanma, boyun ağrısı, işığa qarşı həssaslıqdır.

Günəş şüalarının mənfi təsirləri

Payız aylarında günəş şüaları birbaşa gözə düşməməlidir. Yay aylarında olduğu kimi bu aylarda da gün eynəklərindən istifadə etmək faydalıdır. Çünki günəş işığının gözlərlə birbaşa təması katarakta və makula dejenerasiyasının baş verməsini asanlaşdırır.

Bundan əlavə, günəş şüaları xarici mühitə məruz qalan hər bir toxumada olduğu kimi gözlərdə və ətrafda dəri xərçənginə səbəb ola bilər.

Göz gigiyenasına bədən və əl gigiyenası qədər diqqət yetirilməlidir. Başqasına məxsus kontakt linzalardan istifadə edilməməli, başqasının istifadə etdiyi makiyajdan qaçınılmalıdır. Göz qapağındakı yağ bezlərinin infeksiyası nəticəsində arpacık meydana gəlir. Bu, çiban və ya sızanaq kimi görünən göz qapağının kənarına yaxın qırmızı və ağrılı bir parçadır.

Göz müayinələri göz sağlamlığı üçün böyük əhəmiyyət kəsb edir. Bu göz müayinələri sayəsində şəkər xəstəliyinin yaratdığı göz xərçəngi, katarakta, ambliyopiya, makula degenerasiyası, quru göz, göz təzyiqi, tor qişanın zədələnməsi kimi göz problemləri erkən aşkarlanır.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev