Həyat tərzi depressiyanın qarşısını almağa necə kömək edir? Alimlər izah ediblər
13.09.2023 10:56

Yeni bir araşdırma göstərib ki, sağlam qidalanma, müntəzəm fiziki fəaliyyət, yaxşı yuxu və sıx sosial əlaqələr, həmçinin siqaretdən və həddindən artıq oturaq davranışlardan qaçınmaq kimi sağlam həyat tərzi depressiya riskini azaldır.

Aztibb.az “Nature Mental Health” jurnalında dərc olunan məqaləyə diqqət çəkib.

Məqalədə qeyd edilir ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, təxminən hər 20 yaşlıdan biri depressiyadan əziyyət çəkir və bu vəziyyət bütün dünyada ictimai sağlamlıq üçün əhəmiyyətli bir yük yaradır.

Depressiyanın başlanğıcına təsir edən amillər mürəkkəbdir. Bu amillərlə depressiya arasındakı əlaqəni daha yaxşı başa düşmək üçün tədqiqatçılar iştirakçılar haqqında anonim genetik, həyat tərzi və sağlamlıq məlumatlarını ehtiva edən biotibbi məlumat bazası və tədqiqat resursu olan “UK Biobank”a müraciət ediblər.

Araşdırmada beynəlxalq alimlər qrupu əsas mexanizmləri müəyyən etmək üçün həyat tərzi faktorları, genetika, beyin quruluşu, immun və metabolik sistemlərimiz də daxil olmaqla amillərin birləşməsinə baxıblar.

Doqquz il ərzində 13 mini depressiyadan əziyyət çəkən 290 000-ə yaxın insanın məlumatlarına baxaraq, tədqiqat qurupu depressiya riskini aşağı salan yeddi sağlam həyat tərzi faktoru müəyyən edib:

- orta dərəcədə alkoqol istehlakı,
- sağlam qidalanma,
- müntəzəm fiziki fəaliyyət,
- sağlam yuxu,
- siqaretdən imtina,
- yüngül və orta dərəcədə oturaq həyat tərzi,
- tez-tez sosial qarşılıqlı əlaqə.

Bütün bu amillər sırasında yaxşı bir gecə yuxusu (gecə yeddi-doqquz saat) ən böyük təsirə malik olub, depressiya riskini 22% azaldıb.

Ümumilikdə depressiya riskini 18% azaldan tez-tez sosial əlaqələr, təkrarlanan depressiv pozğunluğa qarşı ən çox qoruyucu idi. Orta dərəcədə spirtli içki qəbulu depressiya riskini 11%, sağlam qidalanma 6%, müntəzəm fiziki fəaliyyət 14%, siqaretdən imtina 20% və oturaq həyat tərzini 13% azaldır.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Kriminal zəhərlənmələr:mərgümüş və risindən poloniuma və epibatidinə qədər
IV ixtisas qrupu üzrə keçid balları dəyişəcək
Doğuş təcili tibbi yardım avtomobilində həyata keçirilib
Milli Hematologiya və Transfuziologiya Mərkəzində “Aplastik anemiya” mövzusunda seminar keçirilib
Pirallahı Tibb Mərkəzində oftalmoloji xidmətlərin əlçatanlığı genişləndirilir
ATU ailəsinin üzvü Ramal Təbib oğlu: “İnam nə qədər çoxdursa, məqsəd o qədər yaxındır”
Yüksək risk, güclü komanda: uğurla həyata keçirilən qeysəriyyə əməliyyatı
Lerik Rayon Mərkəzi Xəstəxanasında növbəti qanvermə AKSİYASI
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-yə müsahibə verib
2026/2027-ci tədris ili üçün rezidenturaya qəbul olanların NƏZƏRİNƏ!
Milli İdman Tibb və Reabilitasiya İnstitutu pediatr vəzifəsi üzrə həkim axtarır
DİM IV ixtisas qrupu üzrə plan yerlərini elan etdi - 3551 yer ödənişsizdir
Azərbaycanlı həkimlər beynəlxalq arenada yeni uğurlara imza atır
Şahbuz rayonunda tibbi aksiya: 32 nəfər müayinədən keçib
Vətəndaşlara operativ təcili və təxirəsalınmaz tibbi yardım göstərilir