Yazı yazmaq mənfi emosiyaları necə sağaldır? Yazı terapiyası necə edilir? – Birinci yazı
13.09.2023 13:02

Yazmaq fiziki, emosional və zehni olaraq bizə müsbət təsir edir.

Aztibb.az cnnturk.com saytında dərc edilən mütəxəssis yazısına diqqət çəkib.

Yazı stressi azaldır, qərar qəbul etməyə imkan verir

Yazmaq stresin təsirini azaltmaq üçün bir müalicə kimi çıxış edir. Çünki yazı bizə daxili aləmimizdəki gizli duyğu və düşüncələri kəşf etməyə imkan verir. Bu, ağlımızın dərinliklərində gizlənən stress mənbələrini aşkar edərkən onlara müraciət etməyi asanlaşdırır.

Yazarkən düşüncələrimiz təmizlənir və daha aydın düşünürük. Daha aydın düşünmək daha yaxşı seçimlər etməyə imkan verir.

Çətin anların öhdəsindən daha asan gələ bilərsiniz

Yaşanan travma və ya mənfi xatirələri yazı ilə ifadə etmək psixoloji sağlamlığımıza da müsbət təsir edir. Mənfi emosiyalara səbəb olan bu xatirələr haqqında yazmaq bu duyğuların yazıldıqca yenidən qurulmasına imkan verir.

Yazmaq beyninizdəki neyronları aktivləşdirir və onu digər tapşırıqların öhdəsindən gəlməyə hazır edir. Bundan əlavə, tapşırıqlarınızı müvafiq sözlərlə yazmaq sizi onları düzgün yerinə yetirməyə hazırlayır. Bədən və ağıl arasında yeni əlaqələr qurarkən, daxili dünyamıza və əsas mənliyimizə bir qapı açır.

Sizdə minnətdarlıq hissi yaradır və həvəsləndirir

Beyninizdəki düşüncələr xaotik olduqda, bəzən biz nəyə sahib olduğumuzun fərqinə varmadan üsyan edirik. Ancaq problemlərinizi yazdığınız zaman kağız üzərində daha kiçik və sadə görünəcəklər.
Yazmaq motivasiya əldə etmək üçün çox təsirli bir üsuldur. Yazı alt düçüncəni birləşdirməyə kömək edən bir növ mənəvi və sinir-əzələ fəaliyyətidir. Bu, həm ağlınızda, həm də ürəyinizdə nə etməli olduğunuzu yazmağınıza kömək edir.

Yazarkən, həm də hədəflərinizi nəzərdən keçirə və onları zehninizdə təsəvvür edə bilərsiniz, nəyi yarımçıq qoyduğunuzu və ya nəyi etmədiyinizi və nə qədər etdiyinizi yoxlayaraq, diqqətinizi saxlamaqla, məqsəddən yayınmayacaqsınız.

 

Ardı var...

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub