Məktəbəqədər yaşda göz müayinəsi mütləqdir
10.09.2023 10:24

Göz sağlamlığı və xəstəlikləri mütəxəssisi Adnan İpçioğlu uşaqlarda görmə qüsurlarının məktəbdə öyrənmə bacarıqlarına mənfi təsir etdiyini, gələcəkdə akademik, sosial və gündəlik həyatda bir çox problemlərə səbəb olduğunu bildirib.


Aztibb.az haberturk.com-a istinadən xəbər verir ki, həkim görmə pozğunluqları müalicə edilməzsə, təkcə uşaqların öyrənmə qabiliyyətinə deyil, məktəbə uyğunlaşma prosesinə və şəxsiyyətinə də mənfi təsir göstərəcəyinə diqqət çəkib.


"Ailələrin uşaqlarının təhsildə uğur qazanması üçün tədbir görməsi və lazımi müayinələrdən keçməsi lazımdır. Görmə problemləri məktəbəqədər uşaqların yüzdə 5-10-na, məktəb çağındakı uşaqların isə yüzdə 20-30-na təsir edir. Uşaqların dərslərdə müvəffəqiyyətinin aşağı olması onların qabiliyyətlərinə görə deyil, görmə zəifliyinə görə ola bilər", - deyə həkim vurğulayıb.


Uşaqlarda ən çox rast gəlinən xəstəliklər arasında gözün çəpliyi, ambliopiya, gözyaşı kanalının tıxanması, miyopi, hipermetropiya, astiqmatizm və konyuktivit olur. Erkən diaqnoz qoyulmazsa uşaq lövhəni kifayət qədər oxuya bilmir: "Yaxşı görə bilməmək, oxuyarkən sətirləri atlamaq, əli ilə cümlələrin arxasınca getmək, bir gözlə irəli baxaraq kitab oxumaq, yaxından televizora baxmaq, gözləri sulanmaq görmə qüsurlarının əlamətləridir".


Göz pozğunluğuna qarşı heç bir tədbir görülmədikdə, göz tənbəlliyi başlayır və bu, sonrakı illərdə uşağın görmə keyfiyyətinə təsir edir.


Hər 6 aydan bir müntəzəm müayinələr uşaqların göz sağlamlığı üçün vacibdir. Erkən diaqnozla, müalicə prosesini asanlıqla aşmaq olar.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub