Uşaqlarda hərarət yüksəldikdə valideyn nə etməlidir?
09.09.2023 10:32
Uşaqlarda bədən temperaturunun 37,5 və daha yüksək rəqəmlərə qədər artması onun xəstələndiyini göstərir. Uşaqda üşütmə və ya əksinə, istilik hissiyyatı, əllər və ayaq pəncələri soyuq və ya isti, həmçinin üzün dərisinin solğun və ya açıq qırmızı olması yüksək temperaturun əlamətləri sayılır.
Aztibb.az xəbər verir ki, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının həkim-pediatrı Zəhra Həsənova bildirib ki, bir yaşından beş yaşına kimi uşaqlarda angina, soyuqdəymə, kəskin virus infeksiyaları kimi adi xəstəliklər zamanı və daha ciddi xəstəliklərdə temperatur 40 dərəcəyə kimi, bəzən daha yüksək ola bilər. Təhlükəli infeksiyalarda əksinə, temperatur 38, bəzən daha az olur.
Onun sözlərinə görə, adətən uşağın hərarəti yüksələndə valideynlər qorxuya düşür və qızdırma salan dərmanlar verməyə tələsirlər. Əslində hərarət virus infeksiyası fonunda yüksəlir. Ona görə də xəstəlik zamanı temperaturu salmağa tələsmək düzgün deyil. Temperaturun süni şəkildə salınması orqanizmin müdafiə qabiliyyətini zəiflədir, ona görə də ciddi səbəb olmadan, yəni termometrin göstəricisi 38,5 dərəcəni keçməyibsə dərman verməyə ehtiyac yoxdur.
Zəhra Həsənova qeyd edib ki, qızdırmanı salmaq üçün sadə tədbirlərdən başlamaq daha yaxşıdır: "Əvvəlcə uşağı soyundurmaq lazımdır, çünki temperatur bəzən uşağın geyimi qalın olduğuna görə 1-2 dərəcə yüksəlir. Südəmər körpənin hərarəti yüksələndə ilk növbədə onun əynindəki bezi çıxarmaq lazımdır, çünki o, dərinin istilikvermə sisteminin işini və temperatur tənzimini pozur. Sonra bəzi müalicəvi tədbirlər görülməlidir. Bununla yanaşı, ilıq suda isladılmış dəsmalla bədəni silmək və az-az tez-tez maye vermək lazımdır.
Həkim göstərişi olmadan antibiotiklərdən qızdırma salan vasitə kimi istifadə etmək yanlış təsəvvürdür, çünki antibiotiklərin istifadəsi üçün xüsusi göstərişlər var və orqanizmin hərarətinin yüksəlməsi həmin göstərişlərə daxil deyil. Antibiotiklər bakterial infeksiyaların müalicəsi üçün nəzərdə tutulub və viruslu xəstəliklərdə onlar nəinki faydasızdır, hətta zərərlidir".
Bu bölməyə aid digər xəbərlər
Gecə ürəkdöyünmə ilə oyanmaq hansı səbəblərdən qaynaqlana bilər?
26.10.2026 | 12:38
Yeni müalicə üsulu xroniki qulaq küyünün azalmasına kömək edir
26.10.2026 | 07:48
Hərəkət azadlığının bərpası peşəkar yanaşmadan başlayır
25.10.2026 | 09:42
Tez-tez nəcis ifrazı istəyi proktitin əlaməti ola bilər
25.10.2026 | 07:24
Anus kənarında qəfil yaranan ağrılı düyün trombozlaşmış hemorroyun əlaməti ola bilər
24.10.2026 | 11:36
2-ci tip diabet qaraciyər sağlamlığına necə təsir edir?
24.10.2026 | 10:32
Anadangəlmə ürək qüsurlarının erkən aşkarlanması həyati əhəmiyyət daşıyır
24.10.2026 | 08:26
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
22.10.2026 | 14:08
Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər
22.10.2026 | 12:05
Həkim karyerası boyu bu şişlərə cəmi bir neçə dəfə rast gələ bilər – Onkoloq nadir xərçəng növlərini açıqlayıb
22.10.2026 | 10:49
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
24.10.2026 | 19:16
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb
22.10.2026 | 17:03
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
22.10.2026 | 14:08
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər
22.10.2026 | 12:05
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
17.10.2026 | 14:26
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
18.10.2026 | 08:12
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38

