İnsultun ən çox qeydə alınan əlamətləri hansılardır? Nevroloq AÇIQLADI
02.08.2023 12:48

İşemik insult (beyin infarktı) – beyin qan axınının kəskin azalması, damar, ürək və ya qan xəstəlikləri ilə bağlı, tromboz və ya emboliya ilə əlaqədar, beynin müəyyən bir bölgəsində kifayət qədər qan təchizatının çatışmazlığı nəticəsində beynin ocaqlı zədələnməsidir. Bir sutkadan çox davam edən və ya bir sutka ərzində ölümlə nəticələnən nevroloji simptomların kəskin inkişafı ilə xarakterizə olunan sindromdur.

 

Aztibb.az xəbər verir ki, bu barədə Mərkəzi Gömrük Hospitalının yüksəkixtisaslı nevroloqu Mənsumə Talıbova işemik insultun əlamətlərindən bəhs edərkən deyib.

 

Onun sözlərinə görə, xəstəliyin ağırlıq dərəcəsindən və beynin zədələnmə sahəsindən asılı olaraq insultun ən çox qeydə alınan əlamətləri: 

Nevroloji sindrom olaraq ətrafların (hemiparez – bir ayaq və bir qol və yaxud monoparez – bir ayaq və ya bir qolda) kəskin hərəkət zəifliyi və yaxud iflici;
Fiziki hərəkətin çətinləşməsi, məhdudiyyətin yaranması, koordinasiya və tarazlığın pozulması;
Başgicəllənmə, şüurun bulanıq olması;
Fikir çaşqınlığı və yaddaşın itkisi;
Hissiyyatın pozulması və ağrı hissinin həddinin azalması və ya tam itməsidir.

 

"Bir çox xəstəliklər var ki, insult əlamətlərinə oxşar əlamətləri vardır. Həqiqi insult keçirmiş insana həkim tez bir zamanda diaqnoz qoymalıdır ki, müalicəni düzgün istiqamətdə tətbiq edə bilsin. Bunun üçün insult digər xəstəliklərdən dərhal differensiasiya etməlidir. İnsult nə qədər erkən aşkarlanarsa, bərpaedici müalicənin effektliliyi də bir o qədər yüksək olacaqdır. Bu səbəbdən insultun əlamətlərini dərindən bilmək və işemik insultu hemorragik insultdan ayırd etmək düzgün müalicənin tətbiqi üçün vacibdir", - deyə M.Talıbova əlavə edib.

 

Həkim bildirib ki, insultun ilk əlamətləri bir, iki və daha çox sayda ola bilər. Bu əlamətlər sizi ciddi narahat edirsə, o zaman yubatmadan təcili yardım çağırın və ya dərhal həkimə müraciət edin ki, patoloji prosesi tez zamanda dayandırmaq, insultun yarada biləcək ağır fəsadların qarşısını almaq mümkün olsun. İnsultun ilk simptomlarını və həkimə qədər ilk yardım qaydalarını hər bir insan bilməlidir. Bu çox vacibdir. İnsult zamanı insan gülümsəyəndə ağzı əyilir, qollardan biri qalxmır və ya az qalxır, nitqi pozulmuş olur, dili əyri olur və ya ağzın bir tərəfinə düşür.

 

Nevroloq bildiri  ki, bu simptomlardan heç olmasa biri müşahidə olunduqda dərhal təcili yardım çağırın və dispetçerə insultdan şübhələndiyiniz haqda məlumat verin. Bu halda çağırışa nevroloq həkimi gələcək:

"Xəstəni uzandırın. Xəstə hərəkət etməməlidir, bu onun vəziyyətini daha da ağırlaşdıracaq. Onun başı və çiyinləri ayaqlardan yuxarıda olmalıdır.
Otağın pəncərəsini açın, xəstənin nəfəs almasını çətinləşdirən paltarları (kəmər və s.) çıxardın.
Həkimlər gələnə qədər xəstəyə su, dərman, qida və s. vermək olmaz.
Xəstəni həyəcanlandırmayın və öz narahatçılıq və qorxunuzu ona göstərməyin. Xəstə üçün mümkün qədər sakit və rahat şərait yaradın".

 

M.Talıbova qeyd edib ki, nevroloqun ilkin müayinəsindən sonra xəstə xəstəxanaya çatdırılmalı və dərhal kompüter tomoqrafiyasından keçməlidir. Diaqnoz təsdiq olunduqda insultun növündən asılı olaraq xəstəyə dərhal xüsusi müalicə təyin olunur.

 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Kriminal zəhərlənmələr:mərgümüş və risindən poloniuma və epibatidinə qədər
Mərkəzi Gömrük Hospitalında AZDAS İB və DAS Derneğinin nümayəndələri ilə görüş keçirilib
IV ixtisas qrupu üzrə keçid balları dəyişəcək
Milli Hematologiya və Transfuziologiya Mərkəzində “Aplastik anemiya” mövzusunda seminar keçirilib
Doğuş təcili tibbi yardım avtomobilində həyata keçirilib
Pirallahı Tibb Mərkəzində oftalmoloji xidmətlərin əlçatanlığı genişləndirilir
ATU ailəsinin üzvü Ramal Təbib oğlu: “İnam nə qədər çoxdursa, məqsəd o qədər yaxındır”
Lerik Rayon Mərkəzi Xəstəxanasında növbəti qanvermə AKSİYASI
Yüksək risk, güclü komanda: uğurla həyata keçirilən qeysəriyyə əməliyyatı
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-yə müsahibə verib
2026/2027-ci tədris ili üçün rezidenturaya qəbul olanların NƏZƏRİNƏ!
Azərbaycanlı həkimlər beynəlxalq arenada yeni uğurlara imza atır
AQTA-nın sədri süd və süd məhsullarının emalı zavodunda olu
DİM IV ixtisas qrupu üzrə plan yerlərini elan etdi - 3551 yer ödənişsizdir
Şahbuz rayonunda tibbi aksiya: 32 nəfər müayinədən keçib