Bakı Baş Səhiyyə Mərkəzində 6 ayın yekunlarına dair hesabat dinlənilib
15.07.2023 11:46

Bakı Baş Səhiyyə Mərkəzində cari ilin ilk 6 ayı ərzində müvafiq şöbələr üzrə və tabeli tibb müəssisələrində görülən işlərə dair hesabat verilib.

 

Mərkəzdən Aztibb.az-a verilən xəbərə görə, hesabat zamanı, həmçinin ilk dəfə olaraq Bakı Baş Səhiyyə Mərkəzində istifadəyə verilən “İnteraktiv elektron nəzarət sistemi” proqramının təqdimatı keçilib.

 

Tədbirdə Bakı Baş Səhiyyə Mərkəzinin direktoru Elçin Əmirov, Mərkəzin departament və şöbə rəhbərləri, həmçinin tabeli tibb müəssisələrinin rəhbər şəxsləri iştirak ediblər.

 

Tədbiri giriş sözü ilə açan Mərkəzin direktoru E.Əmirov son dövrlər ölkənin səhiyyə sistemində, o cümlədən ilkin səhiyyə xidmətlərində ciddi irəliləyişlərin olduğunu, əhalinin tibbi xidmətlərə əlçatanlığının təmin olunması istiqamətində mühüm tədbirlərin görüldüyünü bildirib.

 

Onun sözlərinə görə, Bakı şəhəri üzrə ilkin səhiyyə xidməti göstərən Mərkəzin tabeli tibb müəssisələrində təkcə ambulator müraciətlərin sayında ötən ilin müvafiq altı ayı ilə müqayisədə təxminən, 14%-lik artım müşahidə olunub. 2022-ci ilin 6 ayı ərzində ambulator müraciətlərin ümumi sayı 2363402 olduğu halda, 2023-ci ilin müvafiq dövründə bu rəqəm 3272780 nəfər təşkil edib.

 

İlkin səhiyyə xidmətində ən prioritet mövzulardan biri olan icbari dispanserizasiya məsələsinə toxunan E.Əmirov qeyd edib ki, İcbari Tibbi Sığortanın tətbiqi ilə əlaqədar Nazirlər Kabinetinin təsdiq etdiyi Xidmətlər Zərfində uşaqların profilaktik müayinələri ön sırada yer alıb:

 

“Son dövrlər bu istiqamətdə müəyyən nailiyyətlərimiz var. Təkcə son 6 ay ərzində müayinə planına əsasən, icbari dispanserizasiya 93% (2022-ci ildə 74%) icra olunub ki, bu da ümumi uşaq əhalisinin 46%-ni əhatə edir”.

 

Cari ilin ilk 6 ayı ərzində görülmüş işlərlə bağlı “Hesabat”ı təqdim edən Mərkəzin Tibbi statistika və analitika şöbəsinin müdiri İradə İsmayılova bildirib ki, tabeli tibb müəssisələrində tibbi xidmətin keyfiyyətinin artırılması məqsədilə müəssisələrin maddi-texniki bazası gücləndirilib, onlar yeni avadanlıqlarlarla və həkim-mütəxəssislərlə təmin olunub. Onun sözlərinə görə, bu dövr ərzində görülən əsas tədbirlərdən biri tabeli tibb müəssisələrində çarpayı fondunun optimallaşdırılmasıdır:

 

“Mərkəzin tabeliyində stasionar şöbələri olan tibb müəssisələrində ümumi çarpayı fondu 1435 olub, TƏBİB-in müvafiq əmrinə əsasən çarpayıların optimallaşdırılması məqsədilə birləşmiş şəhər xəstəxanalarından 5 müəssisə saxlanılmaqla, digərlərinin 245 çarpayı fondu ləğv olunub, o cümlədən vərəm dispanserlərinin 455 çarpayılıq stasionar şöbələri Abşeron rayonu Saray modul tipli xəstəxanasına köçürülməsinə qərar verilib. 6 ayın sonuna 850 çarpayı fəaliyyət göstərir. Şöbələrin köçürülməsi başa çatdıqdan sonra müəssisələr üzrə çarpayı fondu 625 olacaq. Beləliklə, 2022-ci ilin 6 ayı ilə müqayisədə stasionara daxil olmuş xəstə sayı 5474-dən 4587-dək, çarpayı məşğulluğu 122 gündən 95 günədək, çarpayı dövriyyəsi isə 9.4-dən 7.4-dək azalıb”.

 

İşə qəbulla bağlı məlumat verən şöbə müdiri bildirib ki, bu prosesdə Vətən müharibəsi iştirakçıları, qazilər və şəhid ailələrinin məsələsinə daha həssaslıqla yanaşılıb:

 

“Son 6 ay ərzində tabeli tibb müəssisələrində 733 nəfər işə qəbul olunub. Eləcə də, bugünədək Qarabağ qaziləri, müharibə iştirakçıları və şəhid ailə üzvlərindən 10 nəfər, gözdən əlil 3 nəfər tibb müəssisələrində işlə təmin olunub. Hesabat dövrü ərzində tibb müəssisələrində çalışan 4254 həkimdən 902 nəfər, 6142 orta tibb işçilərindən 365 nəfər təkmilləşdirmə kurslarına göndərilib. 10 tibb müəssisəsinə yeni baş həkim təyin edilib”.

 

Hesabatda həmçinin, 23 nömrəli Şəhər Poliklinikasının baş həkimi Sənan Əliyev və 15 nömrəli Uşaq Poliklinikasının baş həkimi Rauf Mahmudov rəhbərlik etdikləri tibb müəssisələrinin 6 aylıq yekun hesabatı barədə çıxışlar edib, görülən işlər barədə məlumatı iclas iştirakçılarının diqqətinə çatdırıb.

 

Eyni zamanda, hesabatda ilk dəfə olaraq Bakı Baş Səhiyyə Mərkəzində istifadəyə verilən “İnteraktiv elektron nəzarət sistemi” proqramının təqdimatı keçirilib. Proqram haqqında məlumat verən Mərkəzin İlkin səhiyyə xidmətinin inkişafı departamentinin rəhbəri Gülnarə Yusufova bildirib ki, göstərilən tibbi xidmətin keyfiyyətinin və səmərələliyinin artırılması məqsədi ilə “İnteraktiv elektron nəzarət sistemi”nin tətbiqinə başlanılıb:

 

“Bu proqram sayəsində biz gündəlik olaraq tibb işçilərinin iş yükünün qiymətləndirilməsi və nəzarətin gücləndirilməsinə çalışırıq. Bu bizə imkan verəcək ki, personalın fəaliyyətinin optimallaşdırılmasına nail olaq, o cümlədən tibb işçilərinin bilik və bacarıqlarının təkmilləşdirilməsi istiqamətində daha effektiv tədbirlər görək”.

 

Mütəxəssis məlumat verib ki, bu proqram gündəlik olaraq tibb işçilərinin vətəndaş qəbulu və ərazi üzrə müraciətlərin səbəbləri ilə bağlı geniştərkibli statistik məlumatları əldə etməyə kömək edəcək. Bununla da, Bakı şəhəri üzrə istər xəstəliklərin aşkarlanması və statistikası haqqında məlumatların toplanması, istərsə də həkimlərin iş yükünün müəyyənləşdirilməsi və bu istiqamətdə lazımi tədbirlərin görülməsi təmin ediləcək.

 

Sonda Mərkəzin direktoru Elçin Əmirov tibb müəssisələrinin rəhbərliyinə gələcək işlərin görülməsi istiqamətində tapşırıq və tövsiyələrini verib.

ÇOX OXUNANLAR
Mərkəzi Klinikada 1 günlük, çəkisi 2800 qr olan körpə üzərində ağır əməliyyat icra edilib
Hidrogen xərçəng də daxil olmaqla geniş spektrli xəstəlikləri müalicə edə bilər
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
 Quba Regional Perinatal Mərkəzinin komandası 28-ci həftəsində doğulan körpənin həyatını xilas edib   
 Almaniyadan dəvət olunmuş ortoped-travmatoloq Diaqnoz Tibb Mərkəzində pasiyentləri ödənişsiz qəbul edir   
Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının kardioloqu - İlqar Quliyev
Endokrinoloq mühüm elementi olan “xərçəng əleyhinə” menyu təqdim edib
Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini onkoloji xəstəlikdən vəfat edib
 Qobustan Rayon Mərkəzi Xəstəxanasında göz əməliyyatlarının icrasına başlanılıb   
Həyat yoldaşına böyrəyini bağışladı
Rəşad Mahmudov Lənkəranda Ümummilli Lider Heydər Əliyevin 101 illiyinə həsr olunmuş elmi seminarda çıxış edib
“Vaksinasiyaya Dəstək” layihəsi çərçivəsində Şəki şəhər Ailə Sağlamlıq Mərkəzində 70-ə yaxın uşaq peyvənd olunub
Hepatoloq Tofiq Əkbərov Türkiyədə XV Beynəlxalq Hepatoloji Konqresdə iştirak edib  
Ürək qüsurlarının diaqnostikası və müalicə yolları