Beynəlxalq Hipertoniya Gününə həsr edilən sağlamlıq günləri keçirilib
16.05.2024 14:00
TƏBİB "İxtisas ayları" proqramı çərçivəsində 17 may - Beynəlxalq Hipertoniya Gününə həsr edilən sağlamlıq günləri keçirilib.
Aztibb.az-a TƏBİB-dən bildirilib ki, bu qurumun və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin birgə təşəbbüsü ilə Şamaxı Rayon Mərkəzi Xəstəxanasında "Hipertoniya ayı layihəsi" çərçivəsində vətəndaşlara paytaxtda yerləşən TƏBİB-in tabeli tibb müəssisələrində fəaliyyət göstərən uzman və ixtisaslı həkimlər tərəfindən tibbi xidmətlər göstərilib.
Tibbi heyət Yeni Klinika, Mərkəzi Neftçilər Xəstəxanası, Respublika Klinik Xəstəxanası, Sabunçu Tibb Mərkəzi, Abşeron Rayon Mərkəzi Xəstəxanası, Nərimanov Tibb Mərkəzində fəaliyyət göstərən 10 nəfər müxtəlif ixtisaslı həkim-mütəxəssislərdən ibarət olub.
Tibbi müayinələr ürək-damar xəstəliklərinin risk faizinin yüksək olduğu bölgələrdən hesab olunan Dağlıq Şirvan tibbi ərazi bölməsinə daxil olan Şamaxı, Ağsu, İsmayıllı və Qobustan rayonlarının vətəndaşları üçün təşkil edilib.
Sağlamlıq günlərinin əsas məqsədi Dağlıq Şirvan bölgəsində yaşayan əhalinin tibbi müayinəsi, hipertoniya risk qrupuna daxil olan şəxslərin ehtimal xəstəliklərinin erkən profilaktikası, eləcə də vətəndaşların hipertoniya və onun törədə biləcəyi xəstəliklər barədə maarifləndirilməsidir.
Sağlamlıq günlərində hipertoniya risk qrupuna daxil olan 500-dən çox vətəndaş kardioloq, terapevt, endokrinoloq, uroloq, nevroloq və oftalmoloq müayinələrindən keçərək 2 200-dən çox tibbi xidmətdən yararlanıb. Müxtəlif sosial qruplardan olan vətəndaşlar arasında həssas əhali qrupuna daxil olan müharibə iştirakçıları və şəhid ailələrinin üzvləri də tibbi müayinələrdə iştirak edib.
Risk qrupuna daxil olan, xəstəliyi yeni müəyyən edilən vətəndaşlara zəruri tibbi məsləhətlər verilib və ətraflı müayinə üçün müvafiq tibb müəssisələrinə yönləndirilib.
Bu bölməyə aid digər xəbərlər
Tədris Cərrahiyyə Klinikasında uğurlu əməliyyat: Xəstənin çənəsində zədələnmiş sümük toxumasının rezeksiyası icra edilib
22.10.2026 | 13:22
ATU Beynəlxalq Kitab Sərgisində təmsil olunur
22.10.2026 | 11:48
Respublika Kliniki Uroloji Xəstəxanasında ilk dəfə laparoskopik adrenalektomiya əməliyyatı aparılıb
22.10.2026 | 10:38
Leyla Əliyeva Səmərqənddə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün yaradılan mərkəzlərin fəaliyyəti ilə tanış olub
22.10.2026 | 09:11
Mərkəzi Neftçilər Xəstəxanasında ürəyi dayanan pasiyent həkimlərin operativ müdaxiləsi ilə həyata qaytarılıb
21.10.2026 | 16:17
Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib
21.10.2026 | 14:40
Patronaj xidməti ailələrə daha yaxın: 300-dən çox şəxs tibbi müayinələrə cəlb olunub
21.10.2026 | 14:34
Azərbaycanda uşaqlarda FMF üzrə ilk milli tədqiqat
20.10.2026 | 14:22
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
YAP-nın VIII Qurultayından irəli gələn vəzifələr və səhiyyə sahəsinin qarşısında duran hədəflər müzakirə olunub
20.10.2026 | 10:57
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12

