Akademik Cəlal Əliyevin məzarı ziyarət edilib
03.07.2023 16:03

30 iyun 2023-cü il tarixində görkəmli alim və ictimai-siyasi xadim, akademik Cəlal Əliyevin anadan olmasının 95-ci ildönümü tamam olub.

 

AMEA-dan Aztibb.az-a bildirilibki, bu münasibətlə AMEA-nın vitse-prezidenti, ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş direktoru, akademik İradə Hüseynova başda olmaqla, Cəlal Əliyev elmi məktəbinin yetirmələri, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun, Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunun, Mərkəzi Nəbatat Bağı PHŞ-in əməkdaşları Fəxri xiyabanda akademik Cəlal Əliyevin məzarını ziyarət edib, önünə əklil və gül dəstələri qoyaraq, ruhuna dualar oxuyublar.

 

Akademik İradə Hüseynova akademik Cəlal Əliyevin keçdiyi şərəfli həyat yolundan, elmi yaradıcılığından, Azərbaycan və dünya elminə verdiyi dəyərli töhfələrdən danışıb, onun fotosintezlə bağlı əldə etdiyi elmi nəticələrin dünyanın bir çox ölkələrində uğurla tətbiq olunduğunu vurğulayıb. İradə Hüseynova qeyd edib ki, biologiyanın müasir istiqamətlərindən olan molekulyar biologiya, molekulyar genetika, riyazi biologiya, bioinformatika, gen və hüceyrə biotexnologiyası, gen mühəndisliyi kimi elm sahələri Azərbaycan elmində ilk dəfə olaraq məhz Cəlal Əliyevin uzaqgörənliyi və məqsədyönlü fəaliyyətləri sayəsində təşəkkül taparaq inkişaf etdirilib, onun rəhbərliyi ilə bu elmlər üzrə güclü milli kadr bazası formalaşdırılıb. Məhz böyük alimin təşəbbüskarlığı nəticəsində respublikamızda biologiya və aqrar elmlər qarşısında duran bir çox nəzəri və praktiki məsələlərin həlli ilk dəfə olaraq, riyazi metodlardan, informasiya və kompüter texnologiyalarından istifadə etməklə mümkün olub.

 

Böyük alim fotosintez və fototənəffüs sahəsində əldə etdiyi elmi nailiyyətlərlə adını dünya elm tarixinə qızıl hərflərlə yazıb. Akademik Cəlal Əliyevin Azərbaycan elminin dünyada tanıdılmasında, təbliğində, beynəlxalq elmi təşkilatlar və aparıcı ölkələrin elm mərkəzləri ilə əlaqələrin qurulmasında misilsiz xidmətləri danılmazdır. Azərbaycanın ən çətin vaxtlarında dövlətçiliyin, müstəqilliyin və milli təhlükəsizliyin qorunması yolunda Cəlal Əliyevin fəaliyyətləri bəzi hallarda həlledici olub. Əminliklə demək olar ki, bu il 100 illik yubileyini qeyd etdiyimiz Ümummilli Lider, Azərbaycanın müstəqilliyinin memarı və dövlətçiliyinin xilaskarı Heydər Əliyevi və onun siyasi xəttini ən çətin zamanlarda heç kim Cəlal Əliyev qədər fədakarcasına müdafiə etməyib.

 

Sonra AMEA-nın müxbir üzvləri İbrahim Əzizov və Novruz Quliyev böyük alim və şəxsiyyətin hamıya örnək ola biləcək elmi və ictimai-siyasi fəaliyyəti, onun nümunəvi vətəndaş mövqeyinin və əzminin ölkəmizin və elmimizin inkişafındakı əhəmiyyətli rolu haqqında öz xatirələrini danışıblar.

 

Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Faiq Xudayev, həmin institutun elmi işlər üzrə direktor müavini, biologiya üzrə fəlsəfə doktoru Sevinc Məmmədova, aqrar elmlər doktoru Qətibə Həsənova, aqrar elmlər üzrə fəlsəfə doktoru Sevda Hacıyeva, Natiq Allahverdiyev və digərləri çıxış edərək akademik Cəlal Əliyevin Azərbaycanda biologiya və aqrar elmlərin inkişafına, yüksəkixtisaslı milli kadrların hazırlanmasına, ərzaq təhlükəsizliyi, əhalinin keyfiyyətli kənd təsərrüfatı məhsulları ilə, ilk növbədə çörəklə təmin olunması problemlərinin həllinə verdiyi töhfələrdən, alimin əməyinin dünya elmi dairələri, xalqımız və dövlətimiz tərəfindən yüksək qiymətləndirildiyindən bəhs ediblər.

 

Akademik İradə Hüseynova bir fakta da diqqət çəkib ki, hər il Cəlal müəllimin ad günü təmtəraqlı tədbirlərdən daha çox onun davamçılarından kiminsə dissertasiya işinin müdafiəsi ilə yadda qalır. Bu il də istisna olmayıb, AR KTN Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Qobustan Bölgə Təcrübə Stansiyasının direktoru, b.ü.f.d. Atabəy Cahangirovun doktorluq dissertasiyasının müdafiəsi 25 iyun 2023-cü il tarixində böyük uğurla həyata keçirilib. Atabəy Cahangirov Cəlal müəllimin gənc alim və mütəxəssislərə göstərdiyi qayğı və diqqət, onların həyatında və elmi yaradıcılığında bu parlaq şəxsiyyətin oynadığı rol haqqında xatirələrini danışıb.

 

Çıxış edənlərin hər biri elmə və elmi kadr hazırlığına, dövlətçiliyimizə dəyərli töhfələr vermiş akademik Cəlal Əliyevin əziz xatirəsinin Azərbaycan xalqının qəlbindən və dünya elminin qızıl səhifələrindən heç zaman silinməyəcəyinə, ürəklərdə daim yaşayacağına əminliyini ifadə ediblər.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Mərkəzi Klinikada 1 günlük, çəkisi 2800 qr olan körpə üzərində ağır əməliyyat icra edilib
Hidrogen xərçəng də daxil olmaqla geniş spektrli xəstəlikləri müalicə edə bilər
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
 Quba Regional Perinatal Mərkəzinin komandası 28-ci həftəsində doğulan körpənin həyatını xilas edib   
 Almaniyadan dəvət olunmuş ortoped-travmatoloq Diaqnoz Tibb Mərkəzində pasiyentləri ödənişsiz qəbul edir   
Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının kardioloqu - İlqar Quliyev
Endokrinoloq mühüm elementi olan “xərçəng əleyhinə” menyu təqdim edib
Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini onkoloji xəstəlikdən vəfat edib
 Qobustan Rayon Mərkəzi Xəstəxanasında göz əməliyyatlarının icrasına başlanılıb   
Həyat yoldaşına böyrəyini bağışladı
Rəşad Mahmudov Lənkəranda Ümummilli Lider Heydər Əliyevin 101 illiyinə həsr olunmuş elmi seminarda çıxış edib
“Vaksinasiyaya Dəstək” layihəsi çərçivəsində Şəki şəhər Ailə Sağlamlıq Mərkəzində 70-ə yaxın uşaq peyvənd olunub
Hepatoloq Tofiq Əkbərov Türkiyədə XV Beynəlxalq Hepatoloji Konqresdə iştirak edib  
Ürək qüsurlarının diaqnostikası və müalicə yolları