"Qaraciyər orqanizmdə 500-dən çox metobolik funksiya yerinə yetirən ən böyük üzvdür" - Vəfa Hüseynova
22.06.2023 09:19
İlkin səhiyyə xidməti göstərən tibb müəssisəsinə müraciət edən hər bir xəstədən toplanan anamnez və şikayətlər düzgün dəyərləndirilərsə, qaraciyər xəstəliyin inkişafının və ağırlaşmasının qarşısını almaq mümkündür.
 
Aztibb.az xəbər verir ki, TƏBİB-in tabeliyində fəaliyyət göstərən Bakı Baş Səhiyyə Mərkəzinin Kürdəxanı Sağlamlıq Mərkəzinin həkim-terapevti Vəfa Hüseynovanın sözlərinə görə, qaraciyər sirrozu qaraciyər toxumasının bərkiməsi, böyüməsi, hüceyrə sayının azalması, yerinə birləşdirici toxumanın gəlməməsi və qaraciyər funksiyasının kifayət qədər azalmasıdır. Ən təhlükəlisi də odur ki, qaraciyər lal orqan hesab edilir:
 
“Qaraciyər xəstəlikləri ilkin mərhələlərdə heç bir əlamət verməyə bilər. Hətta çox aktiv iltihabi proses getdikdə belə xəstəni bir o qədər narahat etmir. Bu da xəstəliyin aşkarlanmasını çətinləşdirir. Xəstəliyə yoluxmamaq üçün vaxtında virus əleyhinə peyvənd vurulmalıdır. Qaraciyər orqanizmdə 500-dən çox metobolik funksiya yerinə yetirən ən böyük üzvdür. O, qanda olan toksinləri, dərman maddələrini, alkoqolu zərərsizləşdirib orqanizmdən çıxarır, qan laxtalanma faktorlarını sintez edib qanın laxtalanma prosesini təmin edir və eyni zamanda, maddələr mübadiləsində iştirak edir. Bu funksiyalarda zəifləmə baş verdikdə orqanizmdə zəiflik, iştahasızlıq, halsızlıq, arıqlama, sarılıq və s. kimi simptomlar yaranır. Hepatozlar qaraciyərin piy distrofiyası (yağ hüceyrələrinin normadan 10% və ya daha çox artması) nəticəsində əmələ gəlir. Buna qaraciyərin piylənməsi deyilir”.
 
V.Hüseynova bildirib ki, qaraciyərin iltihabi xəstəlikləri qaraciyərdə müxtəlif faktorların təsirindən əmələ gəlir. Bunlara misal kimi qaraciyər hepatitlərini göstərə bilərik ki, bunun da əsas səbəbi viruslardır. Həmçinin alkoqol qəbulu da qaraciyər xəstəliklərini yaradan ən böyük səbəblərdəndir. Əsasən, 40-50 yaş arası kişilərdə qaraciyər xəstəliklərinə daha çox rast gəlinir. Qaraciyərin autoimmun xəstəliyi isə qadınlarda daha çox müşahidə olunur. Qaraciyər xəstəliklərinin əsas müalicəsi düzgün pəhrizlə ayda 4-5 kq-a qədər arıqlamaq, heyvan məhsullu yağlardan, karbohidratlardan, alkoqol qəbulundan, lazımsız dərman vasitələrinin qəbulundan uzaq durmaq, bununla yanaşı, aktiv həyat tərzi keçirmək, metobolizmanı sürətləndirməkdir. Əgər xəstəliyin səbəbi Hepatit viruslarıdırsa, virus əleyhinə dərman preparatlarından istifadə və simptomatik müalicə etmək lazımdır.
 
Həkim-terapevt vurğulayıb ki, inkişaf etmiş ölkələrdə səhiyyə sisteminin aktual problemlərindən biri qaraciyər piylənməsidir ki, onların əmələ gəlməsi artıq bədən çəkisi və metabolik sindromla sıx əlaqəlidir:
 
“Qaraciyər xəstələri müntəzəm olaraq həkim nəzarətində olmalı, xəstəliyin klinik-laborator müayinələri, inkişaf əlamətləri, eyni zamanda, xəstələrin şikayətləri vaxtında və düzgün qiymətləndirilməlidir. Qaraciyər xəstəliklərinin klinik əlamətləri zəif olduğuna görə, hər bir insan vaxtaşırı qaraciyərin sağlamlığını müayinələrlə yoxlamalıdır”.
 
 
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev