Azərbaycanlı alimin ixtirası beynəlxalq sərgidə “Qran-Pri” mükafatına layiq görülüb
09.10.2020 09:38

26 ölkədən 519 ixtiranın nümayiş olunduğu 5-ci İstanbul Beynəlxalq İxtira Sərgisi (ISIF-20) keçirilib.

 

Onlayn beynəlxalq ixtira müsabiqəsində Akdeniz Univesitetinin müəllim heyəti və Akdeniz Texnologiya Transferi Mərkəzi tərəfindən hazırlanmış 10 patent nümayiş olunub. Təqdim olunmuş patentlərə beynəlxalq münsiflər heyəti tərəfindən qiymətləndirmə nəticəsində 1 “Qran-Pri”, 1 Qızıl, 4 Gümüş və 1 Bürünc medal daxil olmaqla ümumilikdə 7 mükafat verilib.

 

Aztibb.az antalyahilal.com saytına istinadla xəbər verir ki, beynəlxalq sərgidə Azərbaycanlı alim, AMEA-nın müxbir üzvü, Akdeniz Universitetinin professoru Tərlan Məmmədov "Bitkilərdə furin ilə hədəf zülallarının in-vivo post-translyasiya işlənilməsi" adlı tədqiqat işinə görə ISIF-20 “Qran-Pri” Mükafatına layiq görülüb.

ÇOX OXUNANLAR