“Akademik Zərifə Əliyevanın həyatı və oftalmologiyada nailiyyətləri” mövzusunda tədbir keçirilib
12.02.2023 08:43

Ədliyyə Nazirliyinin Akademiyasında “Akademik Zərifə Əliyevanın həyatı və oftalmologiyada nailiyyətləri” mövzusunda tədbir keçirilib.

 

Azərbaycan Oftalmoloqlar Cəmiyyətindən Aztibb.az-a verilən xəbərə görə, tədbirdə cəmiyyətin sədr müavini, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyeva  “Dünyaşöhrətli alim və zəngin irsi” mövzusunda çıxış edib. O, görkəmli alim, Əməkdar elm xadimi, akademik Zərifə Əliyevanın həyat və yaradıcılıq fəaliyyətindən bəhs edib.

 

Məruzəçi görkəmli oftalmoloqun tədqiqatlarından, elmi əsərlərindən söz açaraq bildirib ki, təbabətdə öz dəst-xətti olan novator alim 12 monoqrafiya, dərslik və dərs vəsaitinin,150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir. Z.Əliyeva yüksəkixtisaslı səhiyyə kadrları hazırlanmasına böyük əmək sərf edib.

 

Y.Abdıyeva bildirib ki, görkəmli alim uzun illər respublikanın iri sənaye müəssisəsində genişmiqyaslı elmi-tədqiqat işləri aparıb. Həmin tədqiqatların nəticələri “Şin istehsalında gözün peşə patologiyası”, “Xroniki yod intoksikasiyası zamanı oftalmologiya” və “Yod sənayesində gözün peşə xəstəliyinin profilaktikası” kimi dəyərli monoqrafiyalarında öz əksini tapıb. 1981-ci ildə görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi-tədqiqat işlərinin uğurlu nəticələrinə və oftalmologiyanın inkişafına verdiyi töhfələrə görə akademik Zərifə Əliyevaya keçmiş ittifaqın oftalmologiya sahəsində ən mötəbər mükafatı olan SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatı verilmişdi. O, həmin mükafata layiq görülən ilk qadın alim idi.

Diqqətə çatdırılıb ki, Zərifə xanım Əliyeva bir sıra dərs vəsaiti və monoqrafiyaların müəllifi olub. İridodiaqnostika və iridoterapiya problemləri ilə məşğul olan alim bu sahəyə dair iki monoqrafiya hazırlayıb. Dünya miqyasında iridodiaqnostikaya aid kitabları da ilk dəfə Zərifə xanım Əliyeva yazıb.

 

Tədbirdə, görkəmli oftalmoloqun tibbi etika və deontologiyaya dair baxışlarının onun “Həkimin əxlaqi tərbiyəsi, deontologiya, tibbi etika və əxlaq məsələləri” əsərində ətraflı əks olunduğu qeyd edilib. Bildirilib ki, həmin əsərdə həkim və xəstənin qarşılıqlı münasibətlərinin həssas məqamları, müalicə həkiminin diaqnostika və müalicə prosesində aparıcı rolu, tibb işçilərinin yalnız təhsilinin deyil, həm də tərbiyəsinin vacibliyi ön planda verilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib