Kamran Musayev: Ürəyin birincili şişlərinin 80 faizi xoşxassəlidir
04.02.2023 15:54

Ürək şişləri nadir rast gəlinən, təsadüfən aşkarlanan əksər hallarda xoşxassəli olan törəmələrdir. Ürək şişləri birincili və ikincili olmaqla iki yerə bölünür. Autopsiya zamanı aşkarlanan birincili törəmələrin rastgəlmə tezliyi 0.001-0.03 faiz təşkil edir. Birincili şişlərin 80 faizi xoşxassəlidir. Klinik təzahürləri sistematik, embolik, kardiak və metastatik formada olur. Sistematik təzahürlərdə temperatur müşahidə olunur, atralgiyalar, onkoloji xəstəliklərə spesifik olan laborator dəyişikliklər qeydə alınır. Embolik təzahürlərdə ağciyər arteriyasının emboliyası və ya beyin damarlarının emboliyası müşahidə oluna, daxili orqanların, koronar arteriyaların emboliyası da qeydə alına bilər. Kardiak əlamətlər daha çox aritmiyalarla qarşımıza çıxır. Təəssüf ki, bədxassəli ürək şişlərində ağciyər, beyin və sümük metastazları daha çox müşahidə olunur.

 

Aztibb.az AZƏRTAC-a istinadla xəbər verir ki, bunu "Kardioonkologiya: Problemə müasir baxışlar" konfransında çıxış edən Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri, professor Kamran Musayev "Ürəyin birincili və metastatik şişləri" mövzusunda təqdimatı zamanı deyib.

 

Professor bildirib ki, xəstəliyin diaqnostikasında exokardioqrafiya ən önəmli vasitədir: "Kompüter tomoqrafiyası mütləq kontrastlı olmalıdır. Xüsusilə müalicənin planlaşdırılması zamanı kardiak maqnit rezonans tomoqrafiya əvəzedilməz metoddur. Biopsiya isə nadir hallarda istifadə olunur.

 

Hansısa müayinə metodu nəticəsində ürəkdə törəmə qarşımıza çıxanda üç ehtimalı mütləq düşünmək lazımdır: tromb, vegetasiya və şişlər. Ürəkdə törəmə şəklində ən çox qarşımıza çıxan tromblardır. Sevindiricidir ki, ürək şişləri ən az ehtimalla təsdiq olunur".

 

K.Musayevin sözlərinə görə birincili ürək şişləri xoşxassəli və bədxassəli olmaqla iki yerə ayrılır. Həmin şişlərin 80 faizə yaxını xoşxassəlidir. Xoşxassəli törəmələrin təxminən yarısı miksoma adlandırılan törəmələrin payına düşür. Miksoma daha çox ürəyin sol qulaqcığında qeydə alınır. Bundan başqa az hallarda sağ qulaqcıqda, nadir hallarda hər iki qulaqcıqda olur. Həmçinin çox nadirən, təxminən 1-2 faiz hallarda sağ və sol mədəciklərdə də rast gəlinə bilər. Qadınlarda daha çox qeydə alınır və daha çox orta yaşlarda müşahidə olunur. Ölçüləri adətən 5-8 santimetr təşkil edir. Ən böyük miksoma 16 santimetr olub. Miksomalı xəstələrin əksəriyyətində obstruktiv kardiak əlamətlər müşahidə olunur: baş dönməsi, dispnoe, öskürək, ağciyər ödemi, ürək çatışmazlığı”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib