Aprelin 25-i Ümumdünya DNT Günüdür
25.04.2024 09:41

Hər il aprelin 25-də dünyanın müxtəlif ölkələrində Ümumdünya DNT Günü kimi qeyd edilir.

 

Aztibb.az-ın xəbərinə görə, həmin tarixin seçilməsi alimlər Ceyms Uotson və Frensis Krikin, Moris Uilkins və Rozalind Franklinlə birgə dezoksiribonuklein turşusunun (DNT) molekullarının strukturunun öyrənilməsi sahəsində apardıqları tədqiqatların nəticələrinin 1953-cü il aprelin 25-də “Nature” jurnalında dərc olunması ilə əlaqədardır. Məqalənin dərc olunmasından düz 50 il sonra, yəni 2003-cü il aprelin 25-də insan genlərinin deşifrə edilməsi layihəsinin sona yaxınlaşdığı elan edilib. Belə ki, genomun bəzi hissələrinin əlavə analizləri başa çatmasa da, layihə üzərində əsas işin yekunlaşdırılması bildirilib. İnsan genlərinin strukturunun müəyyən edilməsi səhiyyənin inkişafı istiqamətində atılan çox mühüm addımdır.

 

DNT - dezoksiribonuklein turşusudur. “X” və “E” şəklində yığcam bükülmüş uzun DNT ipləri xromosom adlanır. Xromosomlar çoxlu genlərdən ibarətdir. DNT bir nərdivana bənzəyir və ikiqat spiral adlanır. Bu nərdivanın pilləkənləri dörd elementdən təşkil olunub: adenin, timin, sitazin və quanin. Həmin maddələrin ardıcıllığı böyük əhəmiyyət kəsb edir. Məhz onların ardıcıllığı canlının bitki, heyvan və ya insan olmasını müəyyənləşdirir. DNT zəncirlərinin uzunluğu Yerdən Aya qədər olan məsafəni 6 min dəfə, Günəşə qədər olan məsafəni isə 600 dəfə əhatə edir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır