ATU tələbəsi dünya çempionatında fəxri kürsünün hər üç pilləsinə yüksəlib
26.04.2024 11:44

Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, professor Gəray Gəraybəyli karatenin şotokan üslubu üzrə dünya çempionatında həm qızıl, həm gümüş, həm də bürünc medal qazanmış tələbə Vüsal Seyidovla görüşüb.

 

ATU-dan Aztibb.az-a verilən xəbərə görə, dünya çempionatında fəxri kürsünün hər üç pilləsinə qalxmağı bacaran tələbəni təbrik edən rektor professor G.Gəraybəyli universiteti layiqincə təmsil etdiyinə görə ona təşəkkürünü bildirib. O, hər bir ölkənin dünyada tanıdılmasında idmanın xüsusi rol oynadığını diqqətə çatdırıb: "Beynəlxalq səviyyəli idman yarışlarında medal qazanan idmançılarımız Azərbaycanın himnini səsləndirir, bayrağını dalğalandırırlar. Biz təhsili ilə yanaşı, bu cür mühüm missiyanı uğurla yerinə yetirən gənclərimizlə qürur duyuruq".

 

Rektor Gəray Gəraybəyli gələcəyin həkimi Vüsal Seyidovun dünya çempionatında 3 medal qazanmasını onun əzmkarlığının bariz nümunəsi olduğunu vurğulayaraq, ona təşəkkürnamə və mükafar təqdim edib.

 

Qeyd edək ki, ATU-nun Hərbi tibb fakültəsinin 3-cü kurs tələbəsi Vüsal Seyidov Bolqarıstanın Albena şəhərində keçirilən dünya çempionatında fərdi yarışlarda finalda Türkiyəli rəqibinə uduzaraq gümüş medal qazanıb. Sonradan komanda yarışına qatılıb və qızıl medal qazanıb. Növbəti yarışlarda isə öz çəkisindən daha yuxarı çəki kateqoriyası üzrə yarışlara qatılıb və üçüncülüyu əldə edib. V.Seyidov dünyanın 32 ölkəsinin idmançılarının iştirak etdiyi çempionatda Moldova, Rumıniya, Qazaxıstan, Türkiyə, Macarıstan Qambiya və Bolqarıstandan olan rəqiblərinə qalib gələrək qızıl, gümüş və bürünc medal qazanıb.

 

Görüşdə ATU-nun Təbib idman klubunun rəhbəri Qələndər Aslanov da iştirak edib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır