“Kardioonkologiya: problemə müasir baxışlar” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib
04.02.2023 13:11

Fevralın 4-də "Heydər Əliyev İli" çərçivəsində Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Kardiologiya İnstitutu (ETKİ) tərəfindən “Kardioonkologiya: problemə müasir baxışlar” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.

 

Aztibb.az-ın xəbərinə görə, tədbirdə Azərbaycan Respublikasının səhiyyə nazirinin müavini İlqar Qasımov, Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi Planlama departamentinin rəhbəri Hikmət İbrahimli, Azərbaycan Tibb Universitetinin prorektoru Rauf Bəylərov, həmçinin Türkiyə və Azərbaycanın tanınmış elm xadimləri, millət vəkilləri və KİV nümayəndələri iştirak ediblər.

 

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

 

Daha sonra ETKİ tərəfindən ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar hazırlanmış sənədli film nümayiş olunub.

 

Tədbirdə giriş nitqi ilə çıxış edən səhiyyə nazirinin müavini İlqar Qasımov iştirakçıları səhiyyə naziri Teymur Musayevin adından salamlayıb. O, Azərbaycanın dövlətçilik tarixində ulu öndər Heydər Əliyevin müstəsna rolunu qeyd edib. Bildirib ki, tarixdə elə şəxsiyyətlər var ki, öz qətiyyətləri ilə mənsub olduqları xalqı arxasınca aparıb, ən taleyüklü məqamlarda qalib rolu oynayıblar. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşüb.

 

Onun sözlərinə görə, ümummilli lider Heydər Əliyev üçün ən vacib sahələrdən biri də insanların sağlamlığı, səhiyyənin və tibb elminin inkişafı, savadlı, bilikli, əsl peşəkar həkim kadrlarının hazırlanması olub.

 

Nazir müavini qeyd edib ki, Ulu Öndərin səhiyyənin inkişafında diqqət etdiyi əsas məqamlarından biri də mövcud səhiyyə ocaqlarının abadlaşdırılması, yeni tibb müəssisələrinin tikilməsi olub. Bu gün digər sahələrdə olduğu kimi, səhiyyə sahəsində də dahi lider Heydər Əliyevin sosialyönümlü siyasət strategiyası Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

 
Beynəlxalq elmi-praktik konfransın təbabətin ən aktual sahələrindən birinə, kardiologiya və onkologiyanın kəsişməsində yerləşən kardioonkologiya sahəsinə həsr olunduğunu deyən İlqar Qasımov tədbirin faydalı olacağına inamını ifadə edib.

 

Daha sonra çıxış edən Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov elmi konfransın Azərbaycan tibbi və elmi üçün vacibliyini vurğulayaraq, kardioonkologiya kimi problemin ölkəmizdə aktuallığını qeyd edib.

 

ETKİ-nin direktoru Gülnaz Dadaşova öz çıxışında Ulu Öndərin həyat və fəaliyyətinin gələcək nəsillərə çatdırılması baxımından tədbirin önəmini qeyd edib. O, Heydər Əliyevin təməlini qoyduğu mütərəqqi siyasi irsin Prezident İlham Əliyev tərəfinən qətiyyətlə həyata keçirdiyini vurğulayıb. Tədbir haqqında məlumat verən G.Dadaşova diqqətə çatdırıb ki, konfransda bir neçə əlaqəli ixtisasların - kardiologiya, onkologiya və ürək-damar cərrahiyyəsinin kəsişməsində çalışan tanınmış ekspertlər iştirak edirlər.

 

Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim edilib.

 

Qeyd edək ki, beynəlxalq elmi-praktik konfrans Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurası tərəfindən akkreditasiya olunub və 24 DTT kredit balı ilə qiymətləndirilib.

 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Diyetoloq arıqlamaq üçün daha tez-tez gülməyi və əsnəməyi məsləhət görüb
Suyun düzgün içilməsi ilə bağlı keçmişin məsləhətləri
Sümük bulyonu arıqlamağa kömək edir
Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyindəki tibb müəssisələrinə işçilər axtarılır
Aynurə Əliyeva - Suraxanı Tibb Mərkəzinin psixoloqu
Bundan sonra işə qəbul və sürücülük vəsiqəsi əldə etmək üçün tibbi arayışlar elektron olacaq
Səhiyyə Nazirliyi akademik Zərifə Əliyevanın 101 illiyi münasibətilə fleşmob təşkil edib
Şəkərli diabet xəstəliyinin əlamətləri nələrdir?  
8 yaşlı uşaq üzərində icbari tibbi sığorta ilə qaraciyər transplantasiyası əməliyyatı həyata keçirilib
Həyata keçirdiyi hər bir proseduru dəqiqliyi ilə yoxlayan həkim - Məlahət Əzizova
Salyanda göz müayinəsi aksiyası təşkil olunub
ATU-nun əməkdaşları Beynəlxalq Sitopatoloji Konqresdə iştirak ediblər
YAP Xətai rayon təşkilatının Diaqnoz Tibb Mərkəzində yeni ərazi partiya təşkilatı yaradılıb
Psixoloq: Autizm sahəsində peşəkar mütəxəssislərin tədris prosesinə cəlb edilməsi mütləqdir - MÜSAHİBƏ
Quba RMX-da ağacəkmə aksiyası: 200-ə yaxın müxtəlif növ dekorativ ağaclar əkilib