Gizli şəkəriniz varsa, diabet olma riskiniz yüksəkdir - Endokrinoloq 
04.02.2023 10:50
Gizli şәkәrә görә hәr hansı bir tәdbir alınmasa, 10 il keçmәdәn 2ci tip diabetә çevrilmә ehtimalı 30-40% artır. Ancaq gizli şәkәr 2ci tip diabetә çevrilmәsә belә, qanda şəkərin yüksәk olması ürәk-damar sisteminə vә digər orqanlarımıza ciddi zərbə vurur.
 
Aztibb.az xəbər verir ki, bu barədə həkim endokrinoloq Fərhad Burzu məlumat verib. 
 
Həkim bildirib ki, normalda, qәbul etdiyimiz qidalarla şәkәr mәdәaltıvәzin ifraz etdiyi insulin hormonun yardımı ilә hüceyrәlәrә çatdırılır vә bu şәkәr enerji istehsalında istifadә olunur. Hüceyrәlәr enerji istehsalında şәkәrin böyük miqdarını istifadә etdiyi üçün qanda şәkәrin sәviyyәsi normal qalır. Ancaq insulinin müqavimәti sәbәbi ilә hüceyrәlәr bütün şәkәri istifadә edә bilmir vә şәkәrin böyük miqdarı qanda toplanmağa başlayır. Bu vәziyyәtdә gizli şәkәr yaranır vә 2ci tip diabetin yaranmasına yol açılır.
 
"Orqanizmin reaksiyası olaraq mәdәaltı vәzi daha çox insulin ifraz etmәyә başlayır ki, hüceyrәlәr daha çox şәkәr ala bilsinlәr. Gizli şәkәrin "gizli" olmağının sәbәbi dә elә buna görәdir. Әslindә, artıqlaması ilә ifraz olunan insulin yüksәk qan şәkәrini gizlәdir. Ancaq bir müddәtdәn sonra insulinә artan ehtiyacı mәdәaltı vәzi tәmin edә bilmәdiyinә görә qanda şәkәr uzun müddәt yüksәk sәviyyәdә qalır vә gizli şәkәr 2ci tip diabetә çevrilir", - Fərhad Burzu qeyd edib.
 
Onun sözlərinə görə, gizli şəkərin səbəbi olaraq çox vaxt genetik faktor göstərilir. Bəzi həkimlərin fikirlərinə görə İnsulinə Rezistentlik də gizli şəkərin yaranmasına təkan verir. Artıq çәki, qidalanma tәrzi, az hәrәkәtli yaşam tәrzi gizli şәkәr olmaq riskini artırır. Bu heç də o demәk deyil ki, hәr gizli şәkәri olan mütlәq 2ci tip diabet olacaq . Gizli şәkәr varsa, hәyat tәrzini dәyişәrәk, sağlam qidalanıb, fiziki aktivliyi artıraraq, gizli şəkərin 2ci tip diabetә çevrilmәyinin qarşısını almaq olar.
 
Endokrinoloq əlavə edib ki, gizli şəkər adından da məlum olduğu kimi, uzun müddət davam edir və özünü heç bir əlamətlə biruzə vermir. Mədəaltı vəzi böyük miqdarda insulin ifraz etdyinə görə şəkərin səviyyəsi qanda normal olur. Ancaq 2ci tip diabetə çevrilməyə başlayanda susuzluq, tez-tez sidiyə çıxmaq, halsızlıq və bulanıq görmə kimi hallar üzə çıxır. Həmçinin artan aclıq hissi, əllərdə və ayaqlarda tikan-batma hissi, arıqlamaq, yaraların gec sağalması kimi 2ci tip diabetin əlamətləri gizli şəkərdə də aşkarlanır.
Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır