Uşaqların immun sistemini gücləndirmək üçün nə etməliyik?
22.01.2023 13:20
Havaların soyuması, fəsil dəyişməsi virus infeksiyalarının daha çox yayılmasına səbəb olur. Bundan ən çox əziyyət çəkən isə uşaqlar olur. Viruslar xüsusilə bağçalarda, məktəblərdə uşaqlar arasında sürətlə yayılır. Bir çox hallarda isə valideynlər azyaşlıların bağçaya, məktəbə gedən kimi virusa yoluxduqlarını, bu halın tez-tez təkrarlandığını, sağalma prosesinin isə çox uzun çəkdiyini vurğulayırlar. Xəstəliyin geç sagalması, ağırlaşma hallarına isə daha çox immuniteti zəif olan uşaqlarda rast gəlinir.
 
Bu barədə Aztibb.az-a Mingəçevir ŞMX-nın 1 saylı Ailə Sağlamlıq Mərkəzinin həkim-pediatrı Gülnarə Rüstəmova məlumat verib. O, mövsümə bağlı olaraq son vaxtlar uşaqlar arasında ən sıx rast gəlinən xəstəliyin qrip olduğunu bildirib: “Mövsüm dəyişikliyi, havaların soyuması ilə əlaqədar olaraq uşaqlar arasında bu problemlərlə daha çox rastlaşırıq. Qrip virusunda ən sıx şikayət asqırma, öskürmə, burun axması və qızdırmadır. Günümüzdə qrip üçün adətən xüsusi dərman təyin olunmur. Qrip virus infeksiyasıdır, adətən özü gələr və özü də gedər, qripin təxminən 5-7 gün ömrü var. Bu zaman əsas olan bol maye qəbuldur. Əgər yüksək hərarət varsa, hərarət salan dərmanların içilməsi tövsiyə olunur. Yanaşı olaraq digər dərman vasitələrinin qəbulu məqbul sayılmır. Amma qrip ağırlaşacağı təqdirdə xəstəyə dəstək olaraq müalicə təyin olunur. Öskürək, hərarət, burun axması varsa onlar ayrılıqda müalicə edilir. Antibiotikdən istifadəyə isə ehtiyac yoxdur. - Qripdə qəti şəkildə antibiotik verilməsini tövsiyyə etmirik. Ancaq bəzi hallarda qripli uşaqlara antibiotik verilir. Əgər bu uşaqda qriplə yanaşı ikincili infeksiya yaranıbsa, məsələn, orta qulaq infeksiyası, sinuzit və s. bu zaman antibiotik verilə bilər. Ancaq digər hallarda bu düzgün deyil. Hər dəfə qripə yoluxan uşağa antibiotik verilsə bədəndəki mikroblar antibiotikə öyrəşir. Sonra ciddi ağırlaşma olduqda verilən antibiotik təsir etmir. Buna görə də ağırlaşma yoxdursa antibiotik verilməsini tövsiyyə etmirik”.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır