Tərtər Rayon Mərkəzi Xəstəxanasında ilk dəfə olaraq laparoskopik əməliyyat icra olunub
17.05.2024 15:06

TƏBİB region xəstəxanalarında vətəndaşlara göstərilən tibbi xidmətlərin sayının və keyfiyyətinin artırılması, o cümlədən bu günədək yalnız paytaxtda icra olunun cərrahi əməliyyatların bölgə xəstəxanalarında da icra olunması istiqamətində yenilikləri davam etdirir.

 

Aztibb.az TƏBİB-in feysbuk səhifəsinə istinadla bildirir ki, Tərtər Rayon Mərkəzi Xəstəxanasında ilk dəfə həyata keçirilən laparoskopik əməliyyat uğurla başa çatıb.

 

Cərrahi əməliyyat Mərkəzin Cərrahiyyə şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Asəf Fərzəliyev və həkim-cərrah İlkin Əlizadə tərəfindən icra olunub. Eyni gündə iki pasiyent üzərində həyata keçirilən laparoskopik xolesistektomiya (qapalı üsulla öd kisəsinin xaric edilməsi) əməliyyatından sonrası pasiyentlər dinamik nəzarət məqsədilə intensiv terapiya şöbəsinə yerləşdirilib. Hazırda vəziyyətləri qənaətbəxşdir.

 

Xəstənin ailə üzvləri Tərtər Rayon Mərkəzi Xəstəxanasında yaradılan şəraitə, müəssisənin müasir tələblərə cavab verən yeni tibbi avadanlıqlarla təmin olunmasına və bölgə xəstəxanalarının inkişafına verilən dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Birinci-vitse prezident Mehriban xanım Əliyevaya, eləcə də TƏBİB-ə və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə öz minnətdarlıqlarını bildiriblər.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır