Göndəriş vərəqəsi nədir? - "Bir sual, bir cavab" rubrikası
27.12.2022 09:57
İcbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində 2550 sayda tibbi xidmət vətəndaşlar üçün ödənişsiz qarşılanır. Həmin tibbi xidmətlər vətəndaşlara TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisələrində göstərilir.
Aztibb.az xəbər verir ki, vətəndaşlar yaşadıqları və ya qeydiyyatda olduqları ərazidən asılı olmayaraq ixtisaslı ambulator tibbi xidmət (yalnız həkim müayinəsi. Məsələn, kardioloq və s.) üçün TƏBİB-in tabeliyində olan istənilən dövlət tibb müəssisəsinə birbaşa müraciət edə bilərlər. Burada vətəndaşa icbari tibbi sığorta çərçivəsində lazım olan tibbi xidmət ödənişsiz göstərilir.
Lakin bəzi hallarda vətəndaşın ehtiyacı olduğu tibbi xidməti onun müraciət etdiyi dövlət tibb müəssisəsində (Ailə Sağlamlıq Mərkəzi, poliklinika, xəstəxana və s.) göstərmək mümkün olmaya bilər. Bu halda müraciət edilən tibb müəssisəsi vətəndaşa TƏBİB-in tabeliyində olan digər dövlət tibb müəssisəsində həmin xidməti alması üçün göndəriş vərəqəsi təqdim edir. Nümunə ilə daha aydın izah edək. Məsələn, vətəndaş Xətai Tibb Mərkəzində həkim-uroloqa müraciət edir. Müayinə sonrası vətəndaşa böyrək daşı diaqnozu ilə cərrahi əməliyyat tövsiyə olunur. Lakin əməliyyat bu tibb mərkəzində icra olunmadığı üçün vətəndaşa həmin xidmətin göstərildiyi Kliniki Tibbi Mərkəzə göndəriş vərəqəsi verilir.
Məlumat üçün bildirək ki, hazırda dövlət tibb müəssisələrində yalnız stasionar şəraitdə (xəstəxanada yatış) göstərilən tibbi xidmətlər üçün göndəriş vərəqəsi tələb olunur. Bu göndəriş vərəqəsi həm ailə həkimi (sahə həkimi), həm də dar ixtisaslı həkim (məsələn, kardioloq) tərəfindən verilə bilər.
Vətəndaşa lazım olan tibbi xidməti TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisələrində göstərmək mümkün olmadıqda isə Agentliyin müqavilə bağladığı tibb müəssisələrinə göndəriş verilir. Məsələn, vətəndaş Xətai Tibb Mərkəzinə həkim-otorinolorinqoloqa müraciət edir. Müayinə sonrası vətəndaşa frontit diaqnozu (alın nahiyəsində iltihab) ilə cərrahi əməliyyat tövsiyə olunur. Lakin bu əməliyyat həmin tibb mərkəzində və TƏBİB-in tabeliyində olan digər dövlət tibb müəssisələrində icra olunmadığına görə tibbi xidmətin göstərilməsi üçün vətəndaşa müqaviləli tibb müəssisələrindən birinə göndəriş vərəqəsi verilir.
Agentliyin müqaviləsi olan tibb müəssisələrində həm ambulator (həkim müayinəsi, analizlər, müxtəlif cihazlar vasitəsilə müayinələr və s.), həm də stasionar şəraitdə göstərilən tibbi xidmətlər üçün göndəriş vərəqəsi tələb olunur. Bu zaman göndəriş vərəqəsi dövlət tibb müəssisəsindəki dar ixtisaslı həkim tərəfindən verilir.
Göndəriş vərəqəsi ödənişsizdir və vətəndaşdan göndərişin verilməsi üçün ödəniş tələb oluna bilməz. Göndəriş vərəqəsindən istifadə müddəti 10 gündür.
Bu bölməyə aid digər xəbərlər
Mərkəzi Neftçilər Xəstəxanasında onlayn növbə sistemi istifadəyə verilib
26.08.2026 | 08:09
Diabetik ayaq sindromunun neyroişemik forması ilə müraciət edən pasiyent üzərində mürəkkəb cərrahi müdaxilə
25.08.2026 | 17:11
Doğuşdan sonra yaranmış aralıq deformasiyası və III dərəcəli rektosel diaqnozlu pasiyent üzərində uğurlu cərrahi əməliyyat
24.08.2026 | 11:48
Tədris Cərrahiyyə Klinikasında İcbari Tibbi Sığortanın dəstəyi ilə uroloji daş xəstəliklərinin müalicəsi uğurla həyata keçirilir
24.08.2026 | 08:47
Səhiyyə Nazirliyi: Samux rayonunda qarayara ilə bağlı epidemioloji vəziyyət stabildir
22.08.2026 | 15:34
Azərbaycanlı həkimlər beynəlxalq arenada yeni uğurlara imza atır
20.08.2026 | 16:09
Hemofiliyanın müalicəsində tibb bacılarının rolu artırılır
20.08.2026 | 14:52
Tibbi mübahisələrdə həkimin məsuliyyəti necə qiymətləndirilir?
19.08.2026 | 14:42
Hərbi Prokurorluğun rəhbər şəxsləri DSX-nin hospitalını ziyarət ediblər
19.08.2026 | 12:45
Sosial media platformalarında paylaşılan məlumatlar gələcək analarda əsassız qorxuların formalaşmasına səbəb olur
18.08.2026 | 12:35
ÇOX OXUNANLAR
Kriminal zəhərlənmələr:mərgümüş və risindən poloniuma və epibatidinə qədər
17.08.2026 | 19:14
Pirallahı Tibb Mərkəzində oftalmoloji xidmətlərin əlçatanlığı genişləndirilir
18.08.2026 | 09:29
2026/2027-ci tədris ili üçün rezidenturaya qəbul olanların NƏZƏRİNƏ!
21.08.2026 | 08:20
Lerik Rayon Mərkəzi Xəstəxanasında növbəti qanvermə AKSİYASI
16.08.2026 | 12:42
Milli İdman Tibb və Reabilitasiya İnstitutu pediatr vəzifəsi üzrə həkim axtarır
24.08.2026 | 22:35
DİM IV ixtisas qrupu üzrə plan yerlərini elan etdi - 3551 yer ödənişsizdir
18.08.2026 | 13:12
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-yə müsahibə verib
19.08.2026 | 12:24
Azərbaycanlı həkimlər beynəlxalq arenada yeni uğurlara imza atır
20.08.2026 | 16:09
Şahbuz rayonunda tibbi aksiya: 32 nəfər müayinədən keçib
19.08.2026 | 16:17
Vətəndaşlara operativ təcili və təxirəsalınmaz tibbi yardım göstərilir
17.08.2026 | 09:05
Beynəlxalq elmi arenada Azərbaycan imzası: Turner sindromunda uğurlu böyrək transplantasiyası
17.08.2026 | 19:26
Lənkəranda İİV-lə bağlı maarifləndirmə işi aparılıb
18.08.2026 | 16:18
Kardiologiya İnstitutunda könüllülərlə görüş keçirilib
16.08.2026 | 14:27
Laçın RMX-da təlim: “Uşaqlarda qastroenteritlərin düzgün diaqnostikası və müalicəsi”
21.08.2026 | 11:29
Dərmandan daha böyük missiya: Əczaçılıq ixtisası
16.08.2026 | 13:47

