ATU-da Təcili Yardım sisteminin təkmilləşdirilməsinə dair simpozium keçirilib
16.12.2022 15:39

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyələşdirdiyi və “Azərbaycanda pandemiyaya cavab tədbirləri” layihəsi çərçivəsində Ümumdünya Səhiyyə Təşkilatı, Azərbaycan Səhiyyə Nazirliyi, İcbari Tibbi sığorta üzrə Dövlət Agentliyi (İTSDA) və TƏBİB-in birgə təşkilatçılığı ilə Təcili Yardım Sisteminin (TYS) təkmilləşdirilməsi həftəsi davam edir. Bu silsilədən növbəti hibrid simpozium dekabrın 16-da Azərbaycan Tibb Universitetində keçirilib.

 

Universitetdən Aztibb.az-a verilən məlumata görə, tədbirdə ATU-nun rektoru, professor Gəray Gəraybəyli son dövrlərdə səhiyyəmizdə aparılan islahatların uğurlu nəticələrindən, insanlara göstərilən ilkin tibbi xidmətin yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışıb. Bildirib ki, Azərbaycan səhiyyəsinin inkişafı hər zaman ölkə rəhbərliyinin, dövlətimizin diqqət mərkəzindədir. Səhiyyədə gedən dəyişiklər və islahatlar müsbət nəticələri ilə göz qabağındadır. İslahatlarin ən əsas məqsədi Azərbaycanda səhiyyə xidmətini dünya standartlarına çatdırmaqdır: "Bu sahədə çalışan nüfuzlu beynəlxalq təşkilatlarla olan əlaqələrin inkişafı, onların yüksək təcrübələrinin Azərbaycana gətirilməsi prioritet məsələlərdir. Sevindirici haldır ki, Azərbaycan Tibb Universiteti 30-dan artıq ölkənin 100-ə yaxın beynəlxalq təşkilatı ilə əməkdaşlıq edir”.

 

Bu təşkilatlar içərisində Ümumdünya Səhiyyə Təşilatının və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin fəaliyyətini yüksək qiymətləndirən rektor, pandemiya dönəmində həyata keçirilən layihələrin əhəmiyyətini xüsusi qeyd edib. Onun szölərinə görə, aparılan islahatların vacib istiqamətlərindən biri də təcili yardım sisteminin təkmilləşdirilməsidir.

 

Professor Gəray Gəraybəyli simpoziumda mühüm yeniliklərin əldə olunacağına və aktual problemlərə dair səmərəli müzakirələrin aparılacağına əminliyini ifadə edib. O, eyni zamanda Böyük Elmi Şuranın qərarı ilə universitetdə ilk dəfə olaraq Təcili yardım kafedrasının təsis edildiyini, növbəti ildən tələbələrimizə ayrıca fənn kimi tədris olunacağını diqqətə çatdırıb. Rektor Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təşkil olunan layihələrdə Azərbaycan Tibb Universiteti tələbələrinin, məzunlarının və həkimlərinin həmişə həvəslə iştirak etdiyini vurğulayıb.

 

Tədbirdə, həmçinin Səhiyyə nazirinin müavini Nadir Zeynalov, USAID-in Azərbaycandakı Missiya direktoru Maykl Nirbas (Michael Nehrbass), TƏBİB-in Tibbi Fəaliyyətin təşkili departamentinin rəhbəri Teymur Mirzəbəyli və ÜST-nin Azərbaycandakı nümayəndəsi Hande Harmancı çıxış ediblər.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır