ATU-nun Tədris Cərrahiyyə Klinikasında “Xronik irinli orta otit və ağırlaşmaları” mövzusunda seminar keçirilib
11.12.2022 12:12

ATU-nun Tədris Cərrahiyyə Klinikasında rezidentlər üçün növbəti ənənəvi seminar keçirilib. Seminarın bu dəfəki mövzusu “Xronik irinli orta otit və ağırlaşmaları” olub.

 

Klinikadan Aztibb.az-a bildirilib ki, tədbirdə TCK-nın rezidentlər üzrə məsul şəxsi, Uşaq cərrahlığı kafedrasının assistenti Namiq Xəlilov seminarın keçirilməsinə verilən dəstəyə görə ATU-nun və klinikanın rəhbərliyinə təşəkkürünü bildirib. O, mövzu barədə iştirakçıları məlumatlandırıb.

 

Daha sonra Qulaq, burun və boğaz xəstəlikləri kafedrasının dosenti Ayaz Qasımov "Xronik irinli orta otit və ağırlaşmaları” adlı mühazirəsini təqdim edib.

 

Məruzəçi çıxışında xronik irinli otitlərin etiologiyasından, patogenezindən, növlərindən, müalicə prinsiplərindən və baş verə biləcək yerli və ümumi ağırlaşmalardan bəhs edib, onun diaqnostikasının vaxtında və doğru aparılmasının vacibliyini vurğulayıb. Xəstəliyin simptom və əlamətlərindən danışan A.Qasımov bildirib ki, qulaqdan irinli və ya şəffaf, yapışqanşəkilli axıntının olması onun göstəricisidir: “Təbil pərdəsində dəlik qeyd olunur və orta qulağın selikli qişası şişkin və ifrazatlıdır. Təbil pərdəsinin yuxarı hissəsinin (pars flaccida) dəliyi xolesteatomanın demək olar ki, daimi əlamətidir. Təbil pərdəsinin mərkəzi hissəsində (pars tensa) dəlik xolesteatomaya meyllik yaradır və tez-tez orta qulaqda keratinləşmiş kütlə müşahidə edilir”.

 

Xroniki orta otitin konservativ müalicəsindən də bəhs edən məruzəçi əlavə edib ki, əgər qulaq qurudursa və pars tensada mərkəzi perforasiya varsa, təcili müalicə göstəriş deyil: “Xəstə qiymətləndirilməsi üçün otorinolarinqoloqa yönəldilir. Əgər dəlik təbil pərdəsinin yuxarı hissəsində görünürsə, xəstədə xolesteatoma olması ehtimalı var və əməliyyat göstərişdir”.

 

Sonra Qulaq, burun və boğaz xəstəlikləri kafedrasının assistenti Sara Ağalar seminarın işini diskussiya formasında davam etdirərək, məruzəyə dair sualları cavablandırıb.

 

Qeyd edək ki, artıq bir neçə ildir ənənə şəklini alan bu əhəmiyyətli layihə universitet rəhbərliyinin dəstəyi, I Cərrahi xəstəliklər kafedrasının təşəbbüsü və Rezidentura və magistratura şöbəsinin təşkilatçılığı ilə baş tutur. Burada ATU-nun rezidentlərilə yanaşı, kafedra və klinikaların həkimləri də iştirak edirlər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır