Naxçıvanda ilk dəfə olaraq NDU-nun xəstəxənasında “Stres EKQ” cihazı istifadəyə verilib
02.12.2022 16:23
Naxçıvan Dövlət Universitetinin (NDU) xəstəxənasında “Ürək və qan təzyiqi monitorinqi mərkəzi”, “Panoram rentgen”, “Allerqoloji və İmmunoloji” və “İnqalyasiya” kabinələrinin açılış mərasimi baş tutub.
NDU-dan verilən xəbərə görə, universitetin rektoru Elbrus İsayev xəstəxanada yaradılan şəraitin muxtar respublika səhiyyəsinə və bu sahədə aparılan kadr hazırılığına böyük töhvələr verəcəyini diqqətə çatdırıb. Universitet xəstəxanasında bundan sonra da professor-müəllim heyəti üçün yaxşı iş şəraiti, tələbələr üçün isə yüksək bilik və bacarıqlara yiyələnmək imkanı yaradılacağını vurğulayan rektor yeni kabinələrin istifadəyə verilməsi münasibətilə təbriklərini çatdırıb.
Daha sonra Ümumi təbabət və klinik fənlər kafedrasının dosenti, universitet xəstəxanasının baş həkimi tibb üzrə fəlsəfə doktoru Elmar Rzayev “Ürək və qan təzyiqi monitorinqi mərkəzi”nin təqdimatla çıxış edib. O, mərkəzin əsas vəzifəsinin insanlar arasında geniş yayılan ürək və qan təzyiqi xəstəliklərinin düzgün diaqnozlaşdırılması və müalicəsinin aparılması olduğunu deyib. Bildirilib ki, xəstəxanada fəaliyyətə başlayan mərkəz bu sahədə əziyyət çəkən insanların müayinə və müalicəsində əvəzsiz rol oynayacaq.
Mərkəzdəki cihazlar haqqında danışan baş həkim vurğulayıb ki, Naxçıvan Muxtar Respublikasında ilk dəfə olaraq universitet xəstəxənasında “Stres EKQ” cihazı istifadəyə verilib. Bu cihaz vasitəsilə sakitlik vəziyyətindəki EKQ müayinəsində aşkar olunmayan gizli patalogiyaları TREDMİL testinin aşkarlaya biləcəyi, eyni zamanda cihazın ürək əzələsinin qan dövranının vəziyyəti haqqında mükəmməl məlumat verdiyi diqqətə çatdırılıb.
EKQ və Holter müayinəsi haqqında geniş izah verən Elmar Rzayev bildirib ki, EKQ müayinəsi ürəyin həmin andakı elektrik sistemi haqqında məlumat verir və mərkəzdə müayinələr 12 kanallı tam avtoanaliz xüsusiyyəti olan cihazla aparılır. Ürəyin fərqli ritm pozulmalarında Holter müayinəsi düzgün diaqnoz üçün vacib müayinələrdən sayılır - deyə baş həkim çıxışında vurğulayıb. Qeyd olunub ki, 24, 48, 72 saat kimi uzun müddətə ürəyə bağlı olan dəyişiklikləri cihaz qeyd edə bilər. Buna görə də Holter gün ərzində xəstədə baş verən bütün şikayətləri aşkar edərək, düzgün diaqnoz qoyulması üçün şərait yaradır.
Baş həkim, həmçinin mərkəzdə “Exokardioqrafiya”, “Speckle Tracking exokardioqrafiya”, “Elastoqrafiya”, yuxu, böyrək və tiroid vəzin (zob) arteriyalarının doppler müayinəsinin həyata keçirildiyini deyib.
Sonra Elmar Rzayev “İnqalyasiya” kabinəsi haqqında iştirakçıları məlumatlandırıb. Cihazlarla tanışlıq zamanı bildirilib ki, inqalyasiya metodu bir sıra xəstəliklər, o cümlədən xronit, allergik, asmatik bronxit və peşə xəstəliklərinin əsas müalicə metodlarından biridir. Proseduranın zərərli təsirlərinin çox aşağı olduğunu deyən baş həkim qeyd edib ki, 8-10 dəqiqə ərzində aparılan müalicə metodu hətta ən kiçik yaşlı uşaqlara belə uyğun qaydada tətbiq oluna bilər.
“Panoram rentgen kabinəsi” barədə məlumat verən Stomatologiya kafedrasının müəllimi, universitet xəstəxanasının həkim-stomatoloqu Zaur Hüseynov qeyd edib ki, Panoram rentgen bütün dişlərin, alt və üst çənənin şəkli, buradakı patologiyaların tək bir şəkildə görülməsini təmin edən üsuldur. Panoram rentgen müalicənin planlaşdırmasının aparılmasına, çənə və dişlərdə gözlə görünməyən kista, çürük və şiş kimi törəmələrin diaqnostikasında xüsusi rol oynayır. Vurğulanıb ki, çənə və dişlərlə bağlı cərrahi müdaxilələrdən öncə bu üsuldan mütləq istifadə olunmalıdır. Çünki bu rentgenlər müalicə aparılacaq sahəni geniş bir şəkildə göstərir, bütün dişlərin görüntüsü tək bir rentgen şəklində öz əksini tapır.
“Allerqoloji və İmmunoloji” kabinəni təqdim edən Ümumi təbabət və klinik fənlər kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru, universitet xəstəxanasının həkim-pediatrı Mətləb İbrahimov son illər astma, allergik rinit, atopik dermatit və qida allergiyaları kimi xəstəliklərin artdığını bildirib. Buna paralel olaraq allergik testlərə olan ehtiyacın artdığını deyən həkim, allergenlərdən qorunmaq, allergik xəstəliklərin farmakoterapiyası və immunoterapiyası kimi uyğun müalicə metodunun seçilməsi üçün erkən diaqnostikanın önəmini vurğulayıb. Bildirilib ki, artıq universitet xəstəxanasında Allergik Dəri Prick testləri aparılır. Dəri Prick testi aparmaq üçün ilk növbədə anamnestik məlumatlar və müayinə tələb olunur. Xüsusilə astma, allergik rinit, ev tozu gənəsi, çiçək tozcuq polenləri, ev heyvanlarının tükləri, qida allergiyası, arı zəhəri allergiyası, dərman və peşə allergiyaları kimi hava yolu ilə yoluxan allergenlərdən qaynaqlanan vəziyyətlərdə Dəri Prick testinin aparılması məqsədəuyğundur.
Test nümunəsini əyani olaraq nümayiş edən həkim bildirib ki, 15-20 dəqiqə gözlədikdən sonra müəyyən miqdarda qızartı-şişkinlik yaranarsa test müsbət sayılır.
Daha sonra iştirakçılar tələbələrin müstəqil olaraq xəstələri müayinə etmə prosesi, onların elmi tədqiqat işlərini hazırlamaları üçün xüsusi olaraq ayrılan otaqlarla tanış olublar.
Sonda Türkiyənin “TUS Time” şirkəti tərəfindən Tibb fakültəsinin kitabxanasına hədiyyə olunan TUS ( Tibb Uzmanlıq Sınavı) və DUS (Diş Uzmanlıq Sınavı) hazırlıq vəsaitlərinin təqdimatı olub.
Bu bölməyə aid digər xəbərlər
Naxçıvanda ilk dəfə olaraq NDU-nun xəstəxənasında “Stres EKQ” cihazı istifadəyə verilib
02.12.2022 | 16:23
ÇOX OXUNANLAR
Tədris Cərrahiyyə Klinikasında uğurlu diz protezi əməliyyatı icra olunub
08.05.2026 | 10:34
Milli Oftalmologiya Mərkəzinin Səyyar Avtomobil Klinikası tərəfindən Xocasən qəsəbəsində tibbi aksiya keçirilib
07.05.2026 | 10:08
Hövsan Tibb Mərkəzinin həkimi Adil Qubadov vəfat edib
08.05.2026 | 15:19
Türkiyə Respublikasının Tokat Qaziosmanpaşa Universitetinin əməkdaşı ATU-da təcrübə keçib
08.05.2026 | 15:35
Mərkəzi Neftçilər Xəstəxanasında Beynəlxalq Tibb Bacıları Günü münasibətilə tədbir keçirilib
12.05.2026 | 14:15
Azərbaycan urologiyasının tarixində ilk dəfə həkimlərimiz beynəlxalq kongres nəzdində ayrıca sessiya təşkil ediblər
06.05.2026 | 14:31
Şahbuz rayonunun Kolanı kəndində tibbi aksiya
08.05.2026 | 13:27
Teymur Musayev Müqəddəs Vatikanın “Bambino Gesu” Pediatrik Xəstəxanasının prezidenti ilə görüşüb
12.05.2026 | 16:26
Naxçıvanda tanınmış həkim vəfat edib
06.05.2026 | 15:07
Pirallahı Tibb Mərkəzi tərəfindən Ümummilli Liderin 103-cü ildönümünə həsr olunan velomarafon təşkil edilib
12.05.2026 | 15:18
Həkim və feldşerlər üçün təlim: “Onurğa və ətrafların travmaları zamanı immobilizasiya qaydaları”
06.05.2026 | 14:53
Tədris Cərrahiyyə Klinikasında növbəti uğurlu cərrahi müdaxilə
11.05.2026 | 08:39
Heyvanların identifikasiyası: Fermadan süfrəyə təhlükəsiz izləmə
05.05.2026 | 12:41
Diaqnoz Tibb Mərkəzinin radioloqu Çində beynəlxalq konfransda iştirak edib
11.05.2026 | 07:26
Sabunçu Tibb Mərkəzində Ulu Öndər Heydər Əliyevin xatirəsi anılıb
11.05.2026 | 07:39

