"Fol çatışmazlığı depressiya və autizm hallarının artmasında əsas səbəblərdəndir" - Endokrinoloq
21.11.2022 12:22
Son illərdə bədəndə daha sürətlə yetməzliyi müşahidə olunan maddələrdən biri də fol turşusu-B9 vitaminidir. Fol turşusu orqanizmdə proteinləri (zülalları) təşkil edən aminturşu metabolizmasında, DNT-ni əmələ gətirən nuklein turşularının yaranmasında, qan hüceyrələrinin əmələ gəlməsi və çoxalmasında rol oynayır.
 
Tanınmış həkim-endokrinoloq Fərhad Burzu bildirib ki, fol turşusu B12 vitamini ilə birgə təsir edir. Yəni, bu vitaminlərdən biri çatışmadıqda digərinin də təsiri zəifləyir.
 
Onun sözlərinə görə, fol turşusu hamilə qadınlarda çatışmadıqda döldə onurğa sütununun Spina Bifida deyilən inkişaf qüsuru (yırtığı) və anensefaliyaya səbəb ola bilər. Həmçinin fol turşusu çatışmazlığı zamanı aşağıdakı əlamətlər ola bilər:
 
Ağız boşluğunda yaralar, dilin şişməsi, uşaqlarda böyümə geriliyi, zəiflik, yorğunluq, yuxululuq, əsəbilik, halsızlıq, həyat keyfiyyətinin düşməsi, dəri turqorunun (keyfiyyətinin) itməsi, baş ağrıları və s.
Araşdırmalara görə, fol çatışmazlığı depressiya və autizm hallarının artmasında əsas səbəblərdəndir.
 
Fol turşusu orqanizmə qida vasitələri ilə daxil olur. Paxlalı bitkilər (lobya, noxud), qulançar, lobya, soya, günəbaxan tumları, cəfəri, nanə, keşniş, brokoli, yumurta, çərəzlər və s. qidalarda fol turşusu üstünlük təşkil edir. Orqanizmin gündəlik fol ehtiyacı 400 mkg-dır.
 
"Unutmamaq lazımdır ki, anemiyalar zamanı fol turşusu müalicəvi dozada qəbul olunmalıdır və bunun üçün həkimlə məsləhətləşməyiniz vacibdir. Çünki fol turşusu artıqlığı zamanı orqanizmdə zəhərlənmə halı baş verə bilər", - deyə Fərhad Burzu əlavə edib.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub