Təranə Bayramova: "Vaxtından əvvəl doğulanlarda ən geniş yayılan problemlərdən biri görmə ilə bağlı olur"
17.11.2022 11:32

2009-cu ildə Yeni Doğulmuş Uşaqlara Nəzarət üzrə Avropa Fondunun təşəbbüsü ilə noyabrın 17-də Beynəlxalq Vaxtından Əvvəl Doğulan Uşaqlar Günü təsis edilib. Hər il planetdə təxminən 15 milyon uşaq vaxtından qabaq doğulur.

 

Mərkəzi Gömrük Hospitalının Mama-ginekologiya şöbəsinin müdiri, mama-ginekoloq, t.e.f.d. Təranə Bayramova vaxtından əvvəl doğuşlarla bağlı Aztibb.az-a məlumat verib.

 

Həkim bildirib ki, vaxtından əvvəl doğuşlar hamiləliyin 22-ci həftəsindən 37-ci həftəsinə qədər baş verən doğuşlardır. Vaxtından əvvəl doğuşların tezliyi inkişaf etmiş ölkələrdə 6-12% arasında tərəddüd edir. İnkişaf etməkdə olan ölkələrdə bu rəqəm daha yüksəkdir. Vaxtından əvvəl doğuşların təxminən 40%-i hamiləliyin 34-cü həftəsinə qədər, 20%-i 32-ci həftəsinə qədər baş verir. Bir çox mamalıq ağırlaşmaları, somatik anatomikpozğunluqlar vaxtından əvvəl doğuşların meydana çıxmasına səbəb ola bilər.

 

Təranə Bayramova vaxtından əvvəl doğuşların risk faktorlarını da açıqlayıb:

 

- Sosial faktorlar (Yaşı 16-dan aşağı olan hamilələr, aşağı sosial-iqtisadi durum, aşağı çəki-boy göstəricisi, tütündən istifadə);

 

- Mama-ginekoloji ağırlaşmalar (Anamnezdə vaxtından əvvəl doğuş, çoxdöllü hamiləlik, uşaqlığın fibromioması, dölyanı mayenin vaxtından əvvəl axması, çoxsululuq və ya azsululuq, normal yerləşmiş ciftin vaxtından əvvəl qopması, bacterial vaginoz);

 

- Somatik ağırlaşmalar (Böyrək xəstəlikləri, ürək-damar sisteminin xəstəlikləri, tənəffüs sisteminin xəstəlikləri, trombofiliya, kəskinləşmə dövründə bakterial, virus mənşəli və parazitar xəstəliklər və endokrin xəstəliklər, metabolik pozğunluqlar);

 

- Anatomik ağırlaşmalar (Birbuynuzlu və ya ikibuynuzlu uşaqlıq, uşaqlıqdaxili arakəsmə, istmiko-servikal yetməzlik) aiddir. 50% hallarda vaxtından əvvəl doğuşların səbəbi naməlum olaraq qalır. Neonatal itkilərin 65%-nin, uşaq yaşlarında nevroloji pozğunluqların 50%-nin səbəbi vaxtından əvvəl doğuşlardır. Dünyada hər il təxminən 15 milyon körpə vaxtından əvvəl doğulur, bu isə dünyadakı hər on körpədən bir deməkdir.Vaxtından əvvəl doğulmuş uşaqlarda əsas problem sistemlərin (nəfəsalma, ürək-damar, həzm və s. sistemləri) natamam inkişafıdır. Bu qrupu uşaqlar üçün ana südü ilə qidalandırmaolduqca vacib sayılır.

 

Onun sözlərinə görə, vaxtından qabaq doğulmuş uşaqların immun sistemi yetkin olmur. Bu səbəbdən belə uşaqlar müxtəlif infeksiyalara qarşıdaha davamsız olurlar. Burada da uşağa müxtəlif immun faktorları ilə zəngin olan ana südü əvəzsiz kömək edə bilər. Bu qrup  uşaqlarda qaraciyərdə natamam inkişaf etmiş olur busəbəbdən fizioloji sarılıq onlarda daha uzun müddət ərzindəmüşahidə olunur. Bu halda uşağa xüsusi müalicə təyin olunabilər. Bundan əlavə, ana südü sarılıqla mübarizədə böyükkömək edir.

 

"Bundan başqa, vaxtından əvvəl doğulanlarda ən geniş yayılan problemlədən biri görməsilə bağlı olur. Ona görə belə uşaqların mütləq oftalmoloq müayinəsindən keçirilməsi tövsiyə olunur. 2009-cu ildə Yeni DoğulmuşUşaqlara Nəzarət üzrə Avropa Fondunun təşəbbüsü ilə noyabrın 17-də Beynəlxalq Vaxtından Əvvəl Doğulan Uşaqlar Günü təsis edilib" - deyə şöbə müdiri əlavə edib.

 

 

ÇOX OXUNANLAR
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
 Cəbrayıl RMX-da yanğın təhlükəsizliyi və təxliyə qaydaları ilə bağlı təlim keçirilib   
Azərbaycan tibbində növbəti uğur: Səhiyyə Nazirliyi Bakı Sağlamlıq Mərkəzinin Aritmologiya bölməsi beynəlxalq akkreditasiya alıb
Mərkəzi Klinika vakansiya elan edir
Gəncədə Dünya Allergiya Həftəsi ilə bağlı tədbirlər təşkil olunur
Bu ilin yanvar-may aylarında 18 mindən çox uşağa reabilitasiya xidmətləri göstərilib
 Bakıda Asiya üzrə Beynəlxalq Ginekologiya Konqresi keçirilib   
Nizami Tibb Mərkəzi onlayn növbə sistemi aktivləşdirilən 4-cü müəssisə oldu
Tədris Cərrahiyyə Klinikasında 11 yaşlı pasiyent üzərində cərrahi əməliyyat uğurla icra olunub
Laçında tibbi aksiya: 100-ə yaxın vətəndaş tibbi müayinələrdən keçib
Uşaq sağlamlığı dövlətin gələcəyinə sərmayədir
ADHTİ-nin Plastik və Rekonstruktiv Cərrahiyyə klinikasında ölkəmizdə ilk dəfə olaraq unikal əməliyyat icra olunub
Yardımlının Təşkən və Səpəradi kəndlərində tibbi AKSİYA
 ATU-da Data-analitika və Süni İntellekt Laboratoriyasının açılışı olub   
Elmi-Tədqiqat Kardiologiya İnstitutunun Elmi Şurasının iclasında bir sıra məsələlər müzakirə olunub