Xumar Novruzova: “Sətəlcəm vaxtında və düzgün müalicə olunmazsa ciddi fəsadlara yol aça bilər”
12.11.2022 19:08

2009-cu ildən başlayaraq Ümumdünya Səhiyyə Təşkilatı və UNESCO-nun təşəbbüsü ilə hər il 12 noyabr tarixi Ümumdünya Sətəlcəmə qarşı Mübarizə Günü kimi qeyd olunur. Bu günün qeyd edilməsinin məqsədi ağciyərin infeksion xəstəlikləri arasında müstəsna rol oynayan sətəlcəmın vaxtında aşkar edilməsinə, müalicə və profilaktikasına diqqəti cəlb etməkdir.

 

Mərkəzi Gömrük Hospitalının terapevti Xumar Novruzova sətəlcəmin simptomları, müayinə və müalicəsi, o cümlədən vaxtında müalicə edilmədikdə yaranan fəsadları barədə ətraflı məlumat verib.

 

Həkim bildirib ki, sətəlcəm ağciyər toxumasının infeksion mənşəli iltihabıdır. Bu xəstəliyin törədiciləri pnevmokokk, stafilo-streptokokklar virusları, mikoplazma və rikketsiyaları, göbələk və influenziya kimi bakteriyalardır. Risk qrupuna kiçik yaşlı uşaqlar, 65 yaşdan yuxarı, immunosupressiv dərmanlar qəbul edən xəstələr, yaşından asılı olmayaraq immun çatışmazlığı və ya xroniki xəstəlikləri olan insanlar daxildir.

 

Onun sözlərinə görə, sətəlcəmin risk faktoları da müxtəlifdir: bura alkoqol qəbulu, siqaret, qrip, xroniki bronxit, şəkərli diabet, LOR orqanlarının xroniki infeksiyaları, kondisioner və hava nəmləndiricilərindən istifadə və digər amillər aiddir. Hərarətin 38 C dən yuxarı olması, bəlğəmlı öskürək, zədələnmış nahiyədə ağrı, təngənəfəslik və intoksikasiya əlamətləri kimi halsızlıq, iştahsızlıq, tərləmə, başağrısı sətəlcəmin simptomlarıdır.

 

"Rentgen və labarator müayinələr diqnozu dəqiqləşdirməyə və dərhal müalicəyə başlamağa əsas verir. Müalicə törədicidən və xəstənin vəziyyətindən asılı olaraq 10-21 gün müddətində davam edir. Təkrar ağciyər rentgeni müalicədən 2-3 həftə sonra çəkilir", - deyə Xumar Novruzova bildirib.

 

Terapevt qeyd edib ki, sətəlcəmin profilaktikası mövsümi qrip və pnevmokokk vaksinlərini vurdurmaqla, xroniki infeksiya ocaqlarını vaxtında müalicə etməklə və zərərlı vərdişlərdən imtina etməklə effektiv olur. Sətəlcəm vaxtında və düzgün müalicə olunmazsa, həm ağciyərdə, həm ürək-qan damar, həm də mərkəzi sinir sistemində ciddi və həyat üçün təhlükəli hallara gətirib çıxara bilər. Odur ki, sağlamlığınızı həkimlərə etibar edərək, xəstəliyi vaxtında müalicə edin.

ÇOX OXUNANLAR
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Respublika Klinik Xəstəxanası qeydiyyatçı vakansiyası elan edir
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
Vətən müharibəsi şəhidinin məzarı ziyarət olunub
Həkim karyerası boyu bu şişlərə cəmi bir neçə dəfə rast gələ bilər – Onkoloq nadir xərçəng növlərini açıqlayıb
                  İnsultdan sonra nitqdə qeyri-adi dəyişiklik - Beyin dil bacarıqlarına təsir edir?                      
 Milli Onkologiya Mərkəzdə Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib   
Dodaq uçuğuna səbəb olan virus beynin immun müdafiəsini zəiflədə bilər
Tez-tez nəcis ifrazı istəyi proktitin əlaməti ola bilər
 Mərkəzi Gömrük Hospitalının Poliklinika şöbəsində geniş spektrli tibbi xidmətlər göstərilir   
“Həkimlərimizi tanıyaq!
Dəmir yolu vağzalında keçirilən tibbi aksiyada 250 nəfər oftalmoloji müayinədən keçirilib