Biz yaşlandıqca böyrəklərimiz də yaşlanırmı? - Şəbnəm Topbaştekin AÇIQLADI
09.11.2022 16:38

Böyrəkdə daha qalıcı dəyişikliklər yaratmaması üçün böyrək və sidik yolları iltihabını vaxtında aşkar edərək müalicə etmək lazımdır. Yaş artdıqca böyrəkdə funksional və toxuma dəyişikliyi də artır. Bu isə, damarlarda olan qalınlaşma və tutulma böyrək çatışmazlığına səbəb ola bilər.

 

Bu barədə Kliniki Tibbi Mərkəzin Radiologiya şöbəsinin həkim-radioloqu Şəbnəm Topbaştekin məlumat xarakterli paylaşım edib.

 

Onun sözlərinə görə, yaşlı böyrəkdə baş verən dəyişikliklər anatomik və funksional olmaq şərtilə iki qrupa ayrılır. Anatomik dəyişikliklərə böyrək həcminin azalması, böyrək arteriyalarının (böyrəyi qidalandıran damar) tutulması və divarının qalınlaşması (Nefroskleroz) aiddir. Funksional dəyişiklik isə böyrəklərdə süzmə prosesini yerinə yetirən damar yumaqcığının (glomerula) süzmə qabiliyyətinin azalmasıdır.

 

Şəbnəm Topbaştekin yaş ilə əlaqədar aşağıdakı xəstəliklərin yarana biləcəyini deyib:


•Qlomerulonefrit ( böyrək yumaqcıqlarının iltihabı )
•Sidik yollarının infeksiyası , daşı
•Böyrəyin xoş və bədxassəli törəmələri
•Böyrək kistaları
•Böyrəyin damar xəstəlikləri

 

Həkim sadalanan xəstəliklərin hansı ağırlaşmalara səbəb ola biləcəyini də açıqlayıb. Bildirib ki, böyrəyin kiçik damarlarının divarında olan qalınlaşma, damarların tutulması getdikcə böyrək hüceyrələrinin qanla təmin olunmasını azaldaraq xroniki böyrək çatışmazlığına (XBÇ) səbəb ola bilər.

 

O, aşağıdakı əlamətlərin böyrəyimizin yaşlandığının göstəricisi ola biləcəyini bildirib:


Proteinuriya, hematuriya (sidikdə zülal və qanın olması);
Tez-tez sidiyə çıxmaq:
Çox və ya az miqdarda sidik ifrazı;
Qanda kreatininin artması;
Yüksək arterial təzyiq;
Beldə ağrı, ürəkbulanma, əllənə bilə kütlə;
Əl və ayaqlarda ödem;
Halsızlıq, yorğunluq. 

 

Radioloq əsasən yaşlı dövrdə rast gəlinən törəmələri də sadalayıb. Qeyd edib ki, belə xoşxassəli törəmələrə kistalar, bəd xassəli törəmələrə isə böyrək hüceyrələrinin karsinomaları aiddir.

 

"Bu xəstəliklərin dəqiq diaqnozunu USM, KT, MRT və eyni zamanda laborator analizlərlə, lazım gəldikdə isə biopsiya ilə təyin etmək olur. Vaxtaşırı ixtisaslı həkim və diaqnostik müayinələr bu xəstəliklərin, həmçinin onların ağırlaşmalarının qarşısının alınmasına kömək edir", - deyə Şəbnəm Topbaştekin əlavə edib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub