Bu gün və hər zaman üçün aktual olan - ÖSKÜRƏK əleyhinə SİROPLAR
28.10.2022 09:51
Uşaqlara, xüsusilə də boğucu öskürəyi, bronxspazmı, allergiyası, astması olan uşaqlara ilk 3-6 ay körpələrə bəlğəmgətirici siropların verilməsi qətiyyən məsləhət deyil. Bu gün və hər zaman üçün aktual olan siroplar tənəffüs yollarındakı mikrobun xaricə atılmasına cavabdeh silianın normal quruluşunu pozaraq xəstəliyin daha ağırlaşmaşına şərait yarada bilər.
Aztibb.az xəbər verir ki, tanınmış həkim-pediatr Günay Rəsulova bildirib ki, bu siroplar bronxların selikli qişasındakı hüceyrələrdən sekret ifrazını artırdığı üçün bəlğəmi daha da çoxalda, bəlğəmi normalda da xaric etməkdə çətinlik çəkən körpənin artmış bəlğəmlə boğulmasına zəmin yarada bilər. Ən gözəl bəlğəmdurulaşdırıcı və bəlğəmin xaric olmasına kömək edən vasitə sudur. Ona görə öskürən uşaqlarınıza bol su verin.
1 yaşa qədər körpələr və bala allergiyası olan uşaqlar xaric digər uşaqlarda bal da öskürək üçün faydalı vasitədir. Öskürəyi azaldan, xəstəliyin irəliləməsi və ağırlaşmasının qarşısını alan əsas şey isə uşağın burun tənəffüsünün açıq tutulması, tıxalı burnu tez tez təmizləmək, olduğu otağın havasını isə sərin və normal nəmlilikdə tutmaqdır.
Günümüzdə öskürək üçün çox istifadə etdiyimiz isə inqalyasiya müalicəsidir. Tez təsirli və dərman maddəsinin qanda qısa müddət qalaraq çox effekt verməsi, boğulmanın qarşısının alınması, uşağın klinik rahatlaşması və bəlğəmi daha asan xaric etməsinə kömək etməsi ilə üstünlükləri çoxdur.
Həkim inqalyasiyanın heç bir asılılıq yaratmadığını da söyləyib: "Əlbəttə ki, hər uşağa və xəstəliyə görə inqalyasiya edəcəyimiz dərmana xüsusi həkim göstərişi olmalıdır. "Bəlğəmi çıxarsın” deyə uşağı qusdurmağa ehtiyac yoxdur. Uşaq öskürərkən gətirdiyi bəlğəmi udub bağırsağı ilə xaric edir. Udduğu bəlğəm geri nəfəs yoluna yox mədəyə, ordan bağırsağa və bədəndən onsuz da atılır".
Bu bölməyə aid digər xəbərlər
Antibiotiklərə davamlılıq xərçəngdən daha çox insanın ölümünə səbəb ola bilər - Dərmanlar təsirsiz qala bilər
19.10.2026 | 10:53
Yüksək hərarət olmadan da müşahidə edilə bilər – Mütəxəssis pnevmoniyanın gizli əlamətlərini açıqlayıb
18.10.2026 | 12:31
Uşaqlarda dalğınlıq epilepsiya əlaməti ola bilərmi?
18.10.2026 | 11:28
Həkim payızda burun axmasının iki əsas səbəbini açıqlayıb
18.10.2026 | 10:23
Uşaqlıq dövrü xərçəngləri ilə bağlı yeni kəşf - Xəstəliyi illər əvvəldən müəyyən etmək mümkündürmü?
17.10.2026 | 12:37
Fleboloq və terapevt oturaq iş zamanı tromboz riskləri barədə xəbərdarlıq ediblər
17.10.2026 | 08:36
Sosial medianın görünməyən psixoloji təsirləri
16.10.2026 | 13:14
Payızda kandidozu kəskinləşməsi: Həkim göbələk infeksiyasının üç əsas səbəbini açıqlayıb
15.10.2026 | 08:40
Həkim dərmanları başqaları ilə paylaşmağın təhlükəsi barədə xəbərdarlıq edib
15.10.2026 | 08:01
Posttravmatik stress pozuntusu - Kabuslar yuxusuzluğa və ciddi xəstəliklərə səbəb olur
14.10.2026 | 11:36
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12
DİM-lərə töhfə: ATU-da tibb kolleclərinin müəllimləri üçün müasir klinik tədris yanaşmaları müzakirə olunub
17.10.2026 | 12:18

